Təkkə yenə gələcək?

1.02.2025 12:12 236
Ölkə futbolu / Manşet
Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Təkkə, tanınmış mütəxəssis, Türkiyənin U-21 yığmasının sabiq baş məşqçisi Tolunay Kafkas və qapçılar üzrə məşqçi Mətin Aktaşın Azərbaycana səfər etdiklərini xəbər vermişdik.

Fatih Təkkənin AFFA-da təsis olunacaq Futbol direktoru vəzifəsini tutacağı ilə bağlı da xəbərlər dolaşır. Təcrübəli mütəxəssis saytımıza son açıqlamasında onunla əlaqə saxlayacaqlarını və qardaş ölkədə futbolun inkşafı üçün əlimdən gələni etməyə hazır olduğu söyləmişdi. Görəsən, Təkkə ilə təmaslar bitdi, yoxsa danışıqların növbəti mərhələsi olacaq?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli "Football-plus.az"a açıqlamasında hazırda bu məsələ ilə bağlı aktiv təmasların aparılmadığını söylədi.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul