• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Komandaya bir neçə yeni oyunçu dəvət etməyi fikirləşirik" - Qurban Qurbanov

Manşet / Avropa Liqası

24-01-2025, 01:0

"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin "Tofiq Bəhramov"da keçirilən 7-ci tur matçında FKSB-yə uduzdu - 2:3.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Avropa Liqasında evdəki son matçımız idi. Bütün oyunlarda bizlərlə olduz. Həm siz media nümayəndələrinə, həm də azarkeşlərə təşəkkür edirəm. Şansımız az olsa da, tərəfdarlarımız bizə güvəndi. Haqlıydılar. Ona görə ki, xeyli belə oyun keçirmişik və son dəqiqələrdə yaxşı nəticələr əldə etmişik. Oyuna gəlincə, danışacaq çox şey yoxdu. Bəzən futbolun düşünmədiyin anları olur. Bu gün onu gördük. Üç künc zərbəsi, üç qol... Son saniyələrdə dördüncü künc zərbəsini də vurdular. Rəqibi təbrik edirəm. Çox istəkliydilər. Əslində qalib gələ də bilərdik. Görünür, hardasa səhvlər var. Komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, uduzmamalı olduğumuz oyunlarda uduzduq. Təbii ki, bunun bizim üçün faydası da var. Hazır olmalıyıq.

- Bu gün "çərçivə"də Fabian Buntiçə güvəndiyinizə görə peşman olduz?
- Yox. Niyə olmalıyam? Koxalski iki gün əvvəl zədələnib.

- Künc zərbələrindən buraxılan qollarda səhvləri var idi?
- Birində ola bilər. Amma epizodlara təkrar baxdım. Asan qollar deyildi.

- Juninyonun yoxluğu özünü göstərdi. "Qarabağ"ı gücləndirməyi düşünürsüz?
- Avropa təcrübəsinə baxsaz, böyük klublar da üçillik, beşillik heyət formalaşdırır. Üç-dörd ildən sonra eniş olur. Biz böyük klubların iş prinsiplərini təhlil edirik. Nə vaxtdan uğursuz olduqlarına baxırıq. Heyətimizdə üç-dörd futbolçunu, sadəcə, "23-lüy"ə əlavə etmişdik. Məqsədimiz onların üstün keyfiyyətlərindən yararlanmaq deyildi. Juninyo kimi futbolçuların olanda da uduzursan. O da qol epizodlarını qaçırır. Kaşukun epizoduna gəlincə, çox sürətli hücum idi. Onun həmin anda orda olması çox vacib idi. Əsas budu. İnanıram ki, Kaşuk qarşıdakı oyunlarda belə epizodlardan daha yaxşı istifadə edəcək. Potensialı var. Mütləq yeni transferlərimiz olacaq. Komandaya bir neçə yeni oyunçu dəvət etmək istəyirik. Əfsuslar olsun ki, həmişə olduğu kimi, qışda arzuladığımız səviyyədə futbolçu tapmaq çətindi. Növbəti aylarda daha fəal çalışacağıq.

- Avropa Liqasındakı nəticələr "Qarabağ"ın ölkədaxili oyunlarına psixoloji təsir göstərə bilər?
- Futbolçularım çox üzgündü. Çalışacağıq ki, qarşıdakı oyunlara daha hazırlıqlı olsunlar. Ola bilər ki, üzgünlük ilk oyunlarda özünü göstərsin. Zamanla komandanı formalaşdırmağa çalışacağıq. Son matçımız "Olimpiakos"a qarşıdı. Bu görüşə də ciddi hazırlaşmalıyıq. Çünki belə klublara qarşı oynamaq hər futbolçu üçün böyük təcrübədi. Gələn il də bu komandalarla qarşılaşa bilərik.

- FSKB-dən hansısa futbolçu diqqətinizi xüsusilə cəlb etdimi?
- FKSB kollektiv kimi cəlbedicidi. Hər xətdə lider futbolçuları var. Hamısı məşqçinin seçdiyi oyun sxemini yerinə yetirən qabiliyyətli oyunçulardı. Xüsusi vurğulaya biəcəyim futbolçu da var, amma adını deyə bilməyəcəm.

- Leandro bu gün pleymeyker mövqeyində oynadı və qol vurdu. Sizin üçün onu vinger oynatmaq yaxşıdı, yoxsa pleymeyker?
- "Sol ayağ"ı olsaydı, həmişə sağda oynadardım. Qalan futbolçulardan seçilir. Başqa xüsusiyyətləri də var. Lazım olan qədər faydalanırıq.

- Avropa Liqanın format dəyişikliyi uğursuz nəticələrdə nə dərəcədə rol oynadı? Çünki siz, adətən, ilk oyundan sonra rəqibi daha yaxşı təhlil edirsiz. Burda belə şans yoxdu...
- Bir az geri qayıdacam. Bu il avrokuboklara çox yaxşı hazırlaşmışdıq. Komandamız Avstriyada keçirdiyimiz yoxlama oyunlarında da daha yaxşı və güvənli idi. Bunu ilk oyunlarda hiss etdik. "Linkoln" və "Ludoqorets"lə matçları da bura daxil edə bilərəm. Bəli, format fərqli idi, sadəcə, nəticə olmadı. Hadisələrin axarında hiss olundu ki, daha təcrübəli komanda olmuşuq. Böyük klublara qarşı rahat oynayırıq. Zaqreb "Dinamo"suyla oyunları xatırlayaq. Xeyli qol imkanımız oldu. Görünür, avrokubok matçlarından yaxşı nəticə çıxarmalıyıq. Riskli futbol oynayırıq. Oyunçularım həmişə cəsarətli olmaq istəyir. Hansısa matçlarda ustalıq səviyyəsi çatmaya bilər. Məsələn, bu gün üç künc zərbəsindən üç qol buraxdıq. Həqiqətən təsiredicidi. Formata gəlincə, növbəti mövsümlərdə daha yaxşı fikir söyləmək olar. Hər şeyi formatın üzərinə atmayaq. Futbolçulara başqa cür təsir edər.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

24-01-2025, 00:0

"Üç xala nail olmağımızın səbəbləri arasında bəxt amili də var" - FKSB-nin baş məşqçisi

Premyer-liqa / Manşet

30-10-2023, 22:0

"Oyuna daha ciddi yanaşmaq lazım idi"

Manşet / Avropa Liqası

22-01-2025, 14:0

“Belə halların komandama baha başa gəldiyinin fərqindəyəm” – Elvin tam hazırdı

Avropa Liqası

13-09-2022, 11:0

Əvvəlcə Qurban Qurbanov, sonra "Nant"ın baş məşqçisi

Manşet / Avropa Liqası

13-12-2024, 11:0

"Futbolda elə bir qayda yoxdu ki, hər il eyni səviyyədə olmalısan" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

27-10-2024, 22:0

"Son oyunlarda gördüklərimdən sonra, hakimlərə deyəcək sözüm yoxdu" - Qurban Qurbanov

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Dünən, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 134
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə