"Qəbələ"dən növbəti qələbə

24.01.2025 00:45 296
Ölkə futbolu
"Qəbələ” növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci hissəsinə hazırlıq çərçivəsində “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Bu, Kaxaber Sxadadzenin komandasının qış fasiləsində ikinci matçı olub.

Qarşılaşma Binə qəsəbə stadionunda keçirilib. Hər hissədə bir qol vuran "Qəbələ" 2:0 hesablı qələbə qazanıb.

İlk hissədə Elşad Tağıyev hesabı açıb. Fasilədən sonra Domi Massoumou fərqi artırıb. Beləliklə, “qırmızı-qaralar” 2025-ci ildəki yoxlama oyunlarında ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, hazırlığa yanvarın 9-da start verən “Qəbələ” ilk yoxlama oyununda “Mingəçevir”ə 4:0 hesabı ilə qalib gəlib.