“Qəbələ” “Sabah”ı məğlub etdi

23.03.2024 19:50 175
Premyer-liqa
Millilərin matçları ilə əlaqədar yaranan fasilədə "Qəbələ" yoxlama oyunu keçirib.

“Football-plus.az” xəbər verir ki, komanda "Sabah"la qarşılaşıb.

Qarşılaşma “Bank Respublika Arena”da təşkil olunub. Görüşdə hesabı “Qəbələ” açıb. Birinci hissədə Əyyub Allaş meydan sahiblərinin qapısına yol tapıb. Fasilədən sonra “qırmızı-qaralar” daha bir qola imza atıb. Bu dəfə Bilel Auaşeriya fərqlənib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:0 hesablı qələbə qazanıb.