Juninyo 14 saat göydə qaldı! – səbəb

17.01.2025 22:46 699
Aktual / Ölkə futbolu
“Qarabağ”ın düşərgəsini tərk edən Juninyo 14 saatlıq uçuşdan sonra Rio de Janeyrodakı Qalean hava limanına çatıb.

“Flamenqo” ilə münasibətləri rəsmiləşdirən futbolçunun bu qədər çox müddət göydə qalması “Football-plus.az”ın diqqətindən yayınmadı.

Maraqlıdı ki, “Globo” nəşri havada uzun məsafə qət edən hücumçunun çox yorğun göründüyünü, bu üzdən dincəlmək üçün dərhal otelə yollandığını yazıb.

“Football-plus.az” bunun səbəbini araşdırıb. Məlum olub ki, Juninyo Braziliyaya Bakı – Dubay - Rio de Janeyro xəttiylə gedib. Səbəb isə paytaxtımızdan bu şəhərə birbaşa reysin olmamasıyla bağlıdı. Düzdü, həmin şəhərə getmək üçün Bakı – İstanbul - Rio de Janeyro xəttindən də yararlanmaq mümkündü. Lakin həmin an verilən qərara görə, tibbi müayinə üçün yola düşən futbolçu üçün məhz bu seçim edilib.

KƏNAN BAHADIR