Birillik həsrəti sona çatır

10.01.2025 20:50 320
Dünya futbolu
David Alabanın birillik həsrəti sona çatır.

"Football-plus.az" xəbər verir ki, “Real”ın heyətinə qayıdıb.

İspaniya klubu Avstriya yığmasının 32 yaşlı müdafiəçisinin adını İspaniya Superkubokunun yarımfinalında keçiriləcək “Malyorka” ilə matçın iştirak ərizəsinə daxil edib.

Xatırladaq ki, David 2023-cü il dekabrın 13-də dizindən ağır zədə almışdı. O, komanda ilə ümumi məşqlərdə ötən ayın 30-dan iştirak edir. “Real” – “Malyorka” matçı yanvarın 9-da keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul