"Kəpəz"in zədəli futbolçusu komandaya qoşuldu

2.11.2024 20:29 307
Ölkə futbolu
"Kəpəz"in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev kollektiv məşqlərə qoşulub.

"Football-plus.az" xəbər verir ki, gənc yarımmüdafiəçi müalicə prosesi başa çatdıqdan sonra 10 gün idi ki, fərdi halda çalışırdı.

Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamağa icazə verilib.