Mahir Almaniyada özünü "yandırdı" - elə səhvə yol verdi ki...

6.12.2024 23:11 1 816
Aktual / Dünya futbolu
"Nürnberq"in futbolçusu Mahir Emreli Almaniyanın 2-ci bundesliqasında bəxtsizliklə üzləşib.

"Football-plus.az"ın məlumatına görə, millimizin hücumçusu komandasının "Elversberq"in qonağı olduğu 15-ci tur matçının 52-ci dəqiqəsində qayda pozuntusuna yol verib. O, rəqibin oyunçusuna - Tom Zimmerşedə qarşı kobudluq edib və sarı vərəqə ilə üzləşib. Təəssüf ki, bu, onun üçün cari mövsümdə dördüncü rəsmi xəbərdarlıqdı. Bu da o deməkdi ki, Mahir cəzalı duruma düşüb və 16-cı turun matçında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Nürnberq" növbəti oyunda "Köln"ün qonağı olacaq. Qarşılaşma dekabrın 12-də keçiriləcək.

KƏNAN BAHADIR