“Qarabağ” uduzdu, 27-də qaldıq

3.12.2024 13:08 299
Ölkə futbolu
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda evdə "Lion"a uduzan "Qarabağ" ölkə əmsalına fayda verə bilməyib. Buna baxmayaraq, Azərbaycan 19,625 əmsalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20,375) qərarlaşıb.

Xatırladaq ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (97.035) başçılıq edir.