PFL “İmişli” stadionundan niyə tam razı qayıtmayıb? – “Qəbələdən sonra ikinci stadiondu”

20.11.2024 23:16 499
Aktual / Ölkə futbolu
Peşəkar Futbol Liqasının komissiyası “İmişli”nin stadionundan razı qalmadı. Srağagün stadiona baxış keçirən komissiya otaqlarla bağlı nöqsanlar aşkarladı.

Bunların isə bir neçə gün ərzində həll edilməli olduğu deyildi, “Qaradağ Lökbatan”la noyabrın 27-nə nəzərdə tutulan oyunun İmişlidə təşkili sual altına düşdü.
Maraqlıdı, “İmişli” bu iradları necə qəbul edir?

Klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlovun “Football-plus.az”a söylədikləri:

“Birinci liqa üçün stadionumuz, demək olar, hazırdı. Sadəcə bizim hədəfimiz premyer-liqa səviyyəli bir stadion ortaya çıxarmaqdı. Bunun üçün, əlbəttə, ciddi vəsait, xərc və vaxt lazımdı. Amma birinci liqada Qəbələdən sonra ikinci stadiondu. Artıq 8-ci turun cədvəli açıqlanıb. Orda qeyd olunub ki, oyunumuz Heydər Əliyev adına İmişli şəhər stadionunda keçiriləcək. Yəni “Qaradağ Lökbatan”ı yenilənmiş meydançamızda qəbul edə biləcəyik”.


RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul