Veteranlar oynadı, media unuduldu...

14.11.2024 20:58 399
Aktual / Ölkə futbolu
“Turan Tovuz”la “Kəpəz”in veteranları arasında keçiirilən yoldaşlıq oyunu 5:5 hesablı bərabərliklə yekunlaşdı.

Gözəl tədbirin olmasına söz yox. Amma deyəsən, jurnalistləri Tovuza aparmaq yaddan çıxıb. Halbuki media nümayəndələri stadionda olsaydı, oyun daha geniş təbliq olunacaqdı.

Jurnalistlərin çağrılmaması ilə bağlı “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev belə dedi:

“Tədbir çox qısa müddətdə təşkil olundu. Vidadi Əhmədovun təşəbbüsü və təşkilatçılığı olub”.


ƏSƏD SEYİDOV