“Hakim epizodları düzgün dəyərləndirsəydi, nəticə başqa cür olardı”

29.10.2024 20:20 324
Aktual / Ölkə futbolu
Heç kəsə sirr deyil ki, elitanı tərk etməyə əsas namizəd “Kəpəz”di.

Mövsümə Adil Şükürovla başlayan, Azər Bağırovla davam edən “sarı-göylər” məğlubiyyət seriyasını qırsa da, “qara zolaq”dan çıxa bilmir ki bilmir. Gəncəlilər həm “Qarabağ”, həm də “Turan Tovuz” ilə oyundan sonra idarəçilikdən narazı qalıb. Hətta bir çoxları “Kəpəz”in haqqına girildiyini düşünür. Elə son oyunda da Paçu Lira və Orxan Əliyevin rəqiblə mübarizəsi zamanı gözlənilməz qərarların verilməsi belə düşünməyə əsas verir. 43-cü dəqiqədə Orxana qarşı qayda pozuntusu olsa da, hakim matçı davam etdirdi.

Doğrudanmı, “Kəpəz”ə münasibətdə hakim qərəzi var?

Bu sualı məhz Orxan Əliyevə ünvanladıq:

“Oyuna çox yaxşı başladıq, yaxşı da davam edirdik. Bəzi epizodlar oldu ki, çox şey demək olar. Amma artıq danışmaq mənasızdı. Təəssüf ki, belə bir oyunda məğlub olduq. Oyunun qırılma nöqtəsi də bu epizod idi. Fikrimcə, hakim epizodları düzgün dəyərləndirsəydi, nəticə başqa cür olardı”.


RÖYANƏ OĞUZ