Leonardo Bonuççi futbolçu həyatının yaxın gələcəyi ilə bağlı qərar verib.
"Football-plus.az" xəbər verir ki, “Yuventus”un müdafiəçisi 2023/24 mövsümündən sonra karyerasını başa vuracaq.
Bu barədə 36 yaşlı futbolçu özü açıqlama verib:
“Gələn mövsümün sonunda karyeramı başa vuracağam. Ümid edirəm ki, gələcək nəslin bir çox müdafiəçiləri məni özünə kumir sayacaq”.
Leonardo karyerasının böyük hissəsini çoxlu titul qazandığı “Yuventus”un formasında keçirib. Bu komandada əvvəlcə 2010-17-ci illərdə çıxış edəndən sonra bir mövsüm “Milan”da top qovub. 2018-ci ildən Turinə qayıdan Bonuççi bir neçə gün əvvəl ağ-qara formada 500-cü oyununu keçirib. O, 2010-cu ildən dəvət aldığı İtaliya yığması ilə AÇ-2020-nin qalibi olub.