• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” Keynin köməyi ilə vitse-çempionu “kötəklədi” - ŞƏRH

Dünya futbolu

25-10-2024, 16:0

Dortmund “Borussiya”sının bundesliqa çərçivəsində cümə günləri ev matçlarındakı fenomenal məğlubiyyətsiz seriyası davam edir. “Arılar” bu dəfə cümə günü doğma fanatlar önündə debütant “Sankt Pauli”ni məğlub etdi və 2004-cü ildən bəri davam edən rekord seriya artıq 39 oyuna çatdı!

Şənbə günü səfərdə qalib gələn yeganə komanda “Leyptsiq” oldu. “Maynts-05”i iki cavabsız qolla yenən “öküzlər” bir neçə saatlığa vahid liderliyə yüksəldilər. Özü də komanda ardıcıl 5-ci tur qapısını toxunulmaz saxladı! Son çempion “Bayer-04” “Ayntraxt”la ev oyununda əzmkar qələbə qazandı. Bu oyunda penaltini dəqiq yerinə yetirməklə qonaqları hesabda önə keçirən Marmuş ardıcıl 6-cı turda fərqlənməyi bacardı. “Ayntraxt” tarixində daha öncə bunu yalnız Entoni Yeboa (1993) və Bernd Höltsenbayn (1977) bacarmışdı. Daha bir əzmkar qələbəni “Haydenhaym”lə ev oyununda Münhenqladbax “Borussiya”sı qazandı. “Auqsburq”u evə əliboş yola salan “Frayburq” isə 3-cü pilləyə yüksəldi. Turun mərkəzi oyununda ötən mövsümün vitse-çempionu “Ştutqart” “Bavariya”nın qonağı oldu. Bu oyun bir daha göstərdi ki, şvabiyalılar ötən mövsümdəki gücündən çox uzaqdı. Komanda güclü rəqibə yalnız ilk yarıda müqavimət göstərə bildi. Fasilədən sonra isə meydanda yalnız bir komanda var idi. Het-trik edən Keyn əlinə düşən bütün fürsətləri dəyərləndirsəydi, ən azı penta-trik müəllifi ola bilərdi. “Rekordmayster” bu inamlı qələbə ilə liderliyi yenidən özünə qaytardı. Amma Kompaninin komandası hələ ki zirvəni “Leyptsiq”lə bölüşməyə məcburdu. 2015-in avqustunda debüt edən Kimmixin “Bavariya”nın heyətində yubiley – 400-cü rəsmi oyununu keçirdiyini də bildirək.

Tura bazar günü keçirilən iki qarşılaşma ilə yekun vuruldu. “Union” debütant “Holştayn”la səfər matçında problem yaşamadı. Turun ən məhsuldar oyunu Volfsburqda keçirildi. “Canavarlar” “Verder”lə ev oyununda favorit statusunu doğrulda bilmədilər. Baxmayaraq ki, hesabı məhz onlar açdılar. Amma qalan vaxtda “Verder” 4 qol vurmaqla parlaq qələbə qazandı. Özü də komanda ardıcıl 2-ci səfər oyununda 4 top vurdu. Maraqlıdı ki, “Verder” bu mövsüm hər üç qələbəsini səfərdə qazanıb.

7-ci tur
Bavariya – Ştutqart 4:0

Keyn, 57; 60; 80. Koman, 89. (75024)
Bavariya: Noyer, Gerreyro (Laymer, 68), Kim Min Çje, Upamekano (Qoretska, 82), Devis, Kimmix, Pavloviç (Palyinya, 8), Olise (Sane, 68), Müller, Qnabri (Koman, 68), Keyn.
Ştutqart: Nübel, Vaqnoman (Çeys, 86), Şabo, Ruo, Hendriks (Mittelştadt, 66), Karazor, Ştiller, Rider, Levelinq (Voltemade, 74), Dəniz Undav, Demiroviç (Miyo, 66).

Borussiya D – Sankt Pauli 2:1
Bensebayni, 43. Girassi, 83 – Smit, 78. (81365)
Borussiya: Kobel, Ryuyerson, Anton, Şlotterbek, Bensebayni, Əmrə Can (Nmeça, 69), Qross (Gittens, 46), Malen (Bayer, 76), Brandt (Vatyen, 90+5), Zabitser, Girassi.

Bayеr-04 – Ayntraxt F 2:1
Andrix, 25. Bonifeys, 71 – Marmuş, 16-p. (30000)
Bayer-04: Qradetski, Frimponq (Tella, 80), Ta, İnkapye, Tapsoba, Qrimaldo, Andrix, Caka, Adli (Qarsiya, 64), Terrye (Virts, 64), Bonifeys (Şik, 80).
Ayntraxt: Trapp, Kristensen, Kox, Teate, Nkunku (Can Uzun, 81), Larsson (Mahmud Dahud, 79), Tuta (Skiri, 79), Ebimbe (Çaibi, 70), Götse (Bahoya, 70), Ekitike, Marmuş.

Maynts-05 – Leyptsiq 0:2
Simons, 20. Orban, 37. (30100)
Leyptsiq: Qulaçi, Qeertruyda, Klostermann, Orban, Lukeba, Nusa (Baumqartner, 74), Aydara (Kampl, 56), Vermeeren (Elmas, 74), Simons, Şeşko (Henrixs, 74), Openda (Poulsen, 84).

Hoffеnhaym – Bohum 3:1
Kramariç, 11. Bülter, 64. Tabakoviç, 90+3 – Qamboa, 76. (19281)

Borussiya M – Haydenhaym 3:2
İtakura, 22. Klayndinst, 62; 75-p. – Skienza, 12. Piringer, 80-p. (50000)

Frayburq – Auqsburq 3:1
Qrifo, 34. Linhart, 37. Günter, 45+1 – Tits, 65. (33500)

Holştayn – Union 0:2
Kemlayn, 18. Rote, 89. (15034)

Volfsburq – Verder 2:4
Tomas, 19. Mehle, 79 – Vayzer, 45+5. Aqu, 51. Dukş, 67. Qrüll, 72. (28917)

1. Bavariya 7 5 2 0 24-7 17
2. Leyptsiq 7 5 2 0 11-2 17
3. Frayburq 7 5 0 2 12-8 15
4. Bayer-04 7 4 2 1 18-13 14
5. Union 7 4 2 1 8-4 14
6. Ayntraxt F 7 4 1 2 15-11 13
7. Borussiya D 7 4 1 2 14-12 13
8. Verder 7 3 2 2 12-14 11
9. Haydenhaym 7 3 0 4 12-11 9
10. Ştutqart 7 2 3 2 15-15 9
11. Borussiya M 7 3 0 4 10-12 9
12. Maynts-05 7 2 2 3 11-12 8
13. Volfsburq 7 2 1 4 15-16 7
14. Hoffenhyaym 7 2 1 4 13-17 7
15. Auqsburq 7 2 1 4 10-18 7
16. Sankt Pauli 7 1 1 5 5-11 4
17. Holştayn 7 0 2 5 9-21 2
18. Bohum 7 0 1 6 7-17 1

Bombardirlər: Marmuş (Ayntraxt F) – 9, Keyn (Bavariya) – 8.
Növbəti turun oyunları oktyabrın 25-27-si aralığında keçiriləcək: Auqsburq – Borussiya D, Bohum – Bavariya, Haydenhaym – Hoffеnhaym, Maynts-05 – Borussiya M, Lеyptsiq – Frayburq, Sankt Pauli – Volfsburq, Union – Ayntraxt F, Ştutqart – Holştayn, Verder – Bayеr-04.

Turun rəqəmi
300 – “Bayer-04”ün təcrübəli qapıçısı Qradetski sabiq klubu “Ayntraxt”a qarşı meydana çıxmaqla bundesliqada yubiley oyununu keçirdi. O, turnirin tarixində 300 oyun həddinə çatan ilk əcnəbi qapıçı oldu! 34 yaşlı finlandiyalı bu oyunlardan 101-ni “Ayntraxt”ın, 199-nu “Bayer-04”ün heyətində keçirib. Ötən mövsümə qədər bundesliqada ən çox (291) oyuna çıxan əcnəbi qapıçı ilə bağlı rekord Zommerə məxsus idi. Maraqlıdı ki, Qradetski bu rekordu yeniləyərkən, yəni bundesliqada 292-ci oyununa çıxarkən də rəqib “Ayntraxt” idi.

Turun ulduzu
Harri Keyn (Bavariya) – İngiltərə yığmasının kapitanı son oyunlarda məhsuldarlığı bir qədər aşağı düşdüyü üçün tənqid olunmağa başlamışdı ki, yenidən “ağzıgöyçəkləri” susdurmağı bacardı. Başqa ölkələrdə “perfect hat-trick” (ideal het-trik) ifadəsi bir futbolçunun bir oyunda həm sağ, həm sol ayaqla, həm də başla qol vurması mənasını verirsə, Almaniyada bu ifadə bir futbolçunun bir hissədə 3 qol vurmasını nəzərdə tutur. Keyn məhz bunu bacardı. “Bavariya”da bunu sonuncu dəfə 2015-də “Volfsburq”a qarşı tarixi matçda 9 dəqiqəyə 5 qol sığışdıran Levandovski bacarmışdı. Keyn Münhen nəhənginin heyətində yalnız 55-ci rəsmi oyununu keçirməsinə baxmayaraq, artıq 7-ci (!) het-trikini rəsmiləşdirdi. Onun bundesliqada 39-cu oyunda qollarının sayını 44-ə çatdırmasını da xüsusi qeyd etməyə dəyər.

Turun sitatı
Sebastyan Höness, “Ştutqart”ın baş məşqçisi:

“Bavariya” tam layiqli qələbə qazandı və acı olsa da, bunu etiraf etməliyik. Oyun planımız belə idi ki, onların pressinqindən çıxıb əlimizə düşən fürsətləri dəyərləndirmək istəyirdik. Məyyən ana qədər heç də pis təsir bağışlamadıq. Amma şanslardan yararlana bilmədik. “Bavariya” isə hesabı açandan sonra artıq qarşısıalınmaz idi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

4-10-2024, 12:0

“Bavariya” son çempionla bacarmadı - TURUN ŞƏRHİ

Dünya futbolu

20-02-2024, 22:0

“Bavariya” “sürünür”, “Bayer-04” fərqi artırır

Dünya futbolu

10-10-2024, 00:0

“Bavariya” yenə qalib gələ bilmədi - İCMAL

Dünya futbolu

6-09-2023, 19:0

“Haydenhaym” elitada ilk xalını Dortmundda qazandı! - TURUN ŞƏRHİ

Dünya futbolu

6-12-2023, 22:0

“Bayer-04”ü dayandıran tapıldı

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 136
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 87
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə