• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Məncə, hakim qərarlarının arxasında nəsə durur" - Qurban Qurbanov nədən şübhələnib?

Manşet / Avropa Liqası

25-10-2024, 00:0

"Qarabağ" Avropa Liqasının 3-cü turunda evdə "Ayaks"a uduzdu - 0:3.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konftansında jurnalistlərin suallarını cavablayıb.

- Təəssüf ki, məğlub olduq. Oyuna pis hazırlaşmamışdıq. Gördüz ki, ilk dəqiqələrdən hücum futbolu oynadıq. Məğlubiyyət bir yana, oyunçularımın qırmızı vərəqə alması xoş olmadı. Əlimizdəki futbolçuların sayının azalması növbəti oyunlar üçün problem yaradır. Komandamın cəsarətindən razı qaldım. Böyümək istəyirik. Belə böyük oyunlarda bəsit penaltilər və vərəqələr verilirsə, deməli, daha xırda elementlərə də fikir verməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Doqquz nəfərlə qaldığımız halda bizi stadionda tək qoymadılar və sona qədər dəstəklədilər. Belə davam etməliyik. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşısını edəcəyik. Bu gün böyük komandanın nə demək olduğunu bir daha anladıq. "Ayaks" kiçik fürsətlərdən istifadə etdi.

- Nəticəyə təsir edən amillərdən biri də qırmızı vərəqələr oldu. Elvin Cəfərquliyev haqda demişdiz ki, belə davam etsə, müəyyən tədbirlər görüləcək. Romao da bu siyahıdadı. Onlar haqqında hansısa tədbir görüləcəkmi? Profilaktik söhbət aparılacaqmı?
- Söhbət mütləq olacaq. Amma futbol mübarizə oyunudu. Təbii ki, ilk növbədə futbolçunu qınayıram. Amma belə epizodlarda qırmızı vərəqə verilirsə, gərək futbol oynamayaq. Epizodlara baxsaq, məsələn, Romaodan əvvəl rəqib ona mane olmağa çalışır. Deyiləcək sözüm yoxdu. Yəqin biz hakimliklə bağlı qaydaları dərindən bilmirik. Juninyonu da iki əllə tutub dartırdılar. Bəs onda niyə rəqibə "qırmızı" verilmədi? Mən heç vaxt hakimlərin işinə qarışmaq isəmirəm. Amma məncə, hakim qərarlarının arxasında nəsə durur. Onsuz da böyük klublara qarşı oynayırıq...

- Hakimlərin qərarlarından klub olaraq, UEFA-ya, FİFA-ya şikayət edəcəksizmi? Başqa klubların təcrübəsində belə nümunələr var.
- Yəqin ki, yox. Çünki belə addımlar atmışıq və faydası olmayıb. Biz onlara heç nəyi düzgün izah edə bilmirik. Məncə, bu barədə daha çox danışmasam, yaxşıdı. Hamımız bu fikirdə olsaq, həm komandanın, həm də azarkeşlərin hakimlərə qarşı aqressivliyi artar və bu, yaxşı nəticələnməz.

- Onsuz da heyət kifayət yetərincə kasad idi. Bu gün də iki qırmızı vərəqəylə üzləşdiz. Belə durumda "Bude/Qlimt"ə qarşı nə edəcəksiz?
- Rahat olun. Nə lazımdısa, edəcəyik. Səfərə çəkinmədən yollanacağıq. Düzdü, "Bude/Qlimt" rəqibinə oynamağa imkan verməyən komandadı. Amma heyətimizdə meydana çıxmaq, şansını sınamaq istəyən oyunçular var. Onlarla birgə yaxşı nəticələr qazanmaq istəyirik.

- Bəhlul Mustafazadəni əsasən start heyətində görürdük. Bu gün müdafiə xəttindəki səhvlər məğlubiyyətdə böyük rol oynadı. Sizcə, Bəhlul ilk dəqiqələrdən meydana çıxsaydı, daha yaxşı olmazdımı?
- Düzdü, Bəhlul əsas oyunçumuzdu, amma onun da səhvləri olub. Bu gün Bəhlul olsaydı, qalib gələrdik deyə bir fikir yoxdu. Məncə, bu gün Bədavi və Medina start heyətində oynamağa daha çox layiq idi.

- "Bayer-04" "Ayaks"dan daha güclü komanda idi. Amma bu rəqibə qarşı daha yaxşı oyunlar göstərirdiz. Sanki son oyunlarda məğlubiyyətlə barışırsız. Bir ildə nə dəyişdi?
- Xeyr, biz heç vaxt məğlubiyyətlə barışmamışıq. Buna inanın. Azlıqda olsaq da, oyunumuza sadiq qalmağa çalışırıq. İstənilən komanda illər ərzində uğurlu ola bilməz. Hardasa eniş yaşanır. Məğlub olsaq da, hər oyunda xeyli qol vəziyyəti yaradırıq.

- Bu gün bəzi tanınmış şəxslər "Qarabağ"da yenilənmənin vacibliyini vurğulayır. İstər heyət, istərsə də baş məşqçi baxımından. Sizcə, ikinci Qurban Qurbanov varmı?
- Bəlkə kimlərsə söhbət olsun deyə nəsə yazır. Onların "Qarabağ" azarkeşi olub-olmadıqlarını bilmirəm. Bu haqda nə fikir bildirə bilərəm? Deyiləcək sözüm yoxdu. Sağ olsunlar. Bilsinlər ki, istənilən sahədə çalışan azərbaycanlı mənim üçün dəyərlidi. Hansısa fikrinə görə həmvətənimə qarşı düşüncəm dəyişə bilməz. Hər kəsdən xahiş edirəm ki, mənə belə informasiyalar verməsin.

- Avropa Liqasının yeni formatında keçirdiyiniz oyunlar haqda fikriniz necədi?
- 3 oyun, 3 məğlubiyyət... Amma inanın ki, mən burda böyük problem görmürəm. Böyük klublara qarşı çıxış edirik. Bizi başqa ölkələrdə tanıyırlar. Həmçinin azərbaycanlılar böyük komandaları Bakıda görür. Futbolçularım onlara qarşı çəkinmədən oynayır. Qarşıda hələ çox oyun var. Biz sona qədər mübarizə ağaracağıq. Sadəcə, furbolumuza qarşı neqativ fikirlərin səsləndirilməsinin tərəfdarı deyiləm. İşimizi yaxşılaşdırmağa çalışırıq. Şükürlər olsun ki, azarkeşlərimiz çoxdu. İnanıram ki, daha yaxşı nəticələr əldə edə biləcəyik.

- Bu mövsüm iki fərqli "Qarabağ" izləyirik. Komanda premyer-liqada bütün şansları dəyərləndirir, rəqiblərini bağışlamır. Avrokuboklarda isə bunun əksi baş verir. Nə edə bilərsiz ki, vacib epizodlarda qol şansları əldən verilməsin?
- Özünüz də çox gözəl bilirsiz ki, rəqiblərin heyətində olan futbolçuların ustalıq səviyyəsi bizdən yuxarıdı. Amma bizim başqa düşüncələrimiz yoxdu. Öz işimizi yaxşılaşdırmaq istəyirik. Reallıq odu ki, Avropa təcrübəsi bizi həmişə üstələyib. Özümüzü meydanda nə qədər sərbəst hiss etsək də, azdı. Ona görə ki, rəqiblər ilboyu belə tempdə oynayır.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

24-10-2024, 23:0

"Qırmızı vərəqədən sonra hadisələrin axarı dəyişdi" - "Ayaks"ın baş məşqçisindən etiraf

Premyer-liqa / Manşet

24-08-2024, 20:0

“Belə məğlubiyyətlərin komandamıza xeyri daha çoxdu” - Qurban Qurbanov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

21-08-2024, 02:0

"Lazım olsa, Bakıda..." - Qurban Qurbanov "Dinamo"ya hansı mesajı verdi?

Manşet / Müsahibə

10-08-2022, 09:0

Qurban Qurbanov: "Çexiya klubları çox intizamlı olurlar" - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

6-10-2024, 22:0

"Komanda aşağı pillədədisə, bu o demək deyil ki, 5-6 qol vurmalıyıq" - Qurbanov 1 qolu izah etdi

Aktual
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
Son xəbərlər
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Dünən, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Dünən, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Dünən, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Dünən, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Dünən, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 227
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 227
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 205
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 200
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə