“Barselona” rəhbərliyi Fermin Lopeslə yeni müqavilə imzalamağa hazırlaşır.
Məşhur insayder Nikolo Skiranın məlumatına görə, 21 yaşlı ispaniyalı yarımmüdafiəçisi ilə bağlanacaq yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər olacaq.
Qeyd edək ki, Fermin bu mövsüm komandada 4 oyun keçirib. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.