• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu illər ərzində 300-dən çox futbolçu “milliləşdirilib” - Süleymanov çıxış yolu təklif etdi

Aktual / Yığma

20-10-2024, 14:0

Azərbaycanın müxtəlif yaş qrupu üzrə yığmaları ilə bağlı durum heç də ürəkaçan deyil. Məğlubiyyətlər sıralanır, hər kəs bu vəziyyətlə bağlı suallar cavab axtarır.

Məşqçilər Komitəsi də AFFA-ya hesabat təqdim edib. Fernando Santuşun çalışdırdığı əsas komandanın nəticələri də ürəyimizi ağrıdı. “Futbol+” tanınmış futbol funksioneri Tahir Süleymanovun bu mövzuda fikirlərini öyrənib.

- AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə bildirib ki, yığmaların bu durumda olmasi ilə bağlı hesabat hazırlanıb.

- Bilirsiz ki, istər Məşqçilər, istərsə Klublar Komitələri vaxtilə yaradılan və heç bir qərarverici səlahiyyətə malik olmayan qurumlardı. Hər iki komitədə bu dəfələrlə vurğulanıb, etiraf edilib. Hörmətli Yaşar müəllimin fikirlərinə yox, ümumi vəziyyətə münasibət bildirməyim daha doğru olar. Futbol sistemi işlək mexanizm halında deyil, ümumi inkişafa yox, bir qrup insanınn şəxsi mənafelərinə qulluq edib və təəssüf ki, davam  etməkdədi. Tövsiyələr həmişə verilib və yuxarı futbol instansiyalarında, kabinetlərdə illərdi qalaq-qalaq yığılıb qalıb, toz basıb. Maksimum özlərinə sərf edən bir-iki bəndən istifadə ediblər, 90 faizi kənara qoyulub. Məqsəd ölkə futbolunun dirçəlməsi yox, lippertlərdən, yurçeviçlərdən tutmuş mutulara, andersonlara, santuşlara, ümumilikdə “milliləşdirmələrlə”, havadarlarla, əcnəbilərlə birgə milyonların qazanılmasıdı. Tövsiyələrdən, təkliflərdən əməli addımlara keçmək zamanı çoxdan yetişib. Bu durumun yaranması futbolu zəbt edənlərin məqsədli gedişləri ilə yanaşı, futbolda əməyi keçmiş, təcrübəsi olan, bacarıqlı insanların birliyinin istənilən səviyyədə olmaması ilə bağlıdı. Bu amil futbol camiəsinin tövsiyə, təkliflər çərçivəsindən çıxmasına imkan vermir. Mən də İnkişaf strategiyası ilə bağlı təkliflərimi təqdim etmişəm. Futbolu bilən mütəxəssislərin qərarverici səlahiyyətləri, imkanları olmadan, futbolda ciddi irəliləyişə nail olmaq mümkünsüzdü.

- Aşağı yaş qrupları üzrə çempionatlarda rəqabətədavamlı futbolçu yetişmir. Bunun səbəbini nədə və ya kimdə görürsünüz?

- "Uşaq futbolu yoxdu", "klublar günahkardı" təfəkküründən, ümumi münasibətin, fikirlərin bildirilməsi dairəsindən çıxılmalıdı. Vəziyyətin bu həddə çatmasının bir səbəbi/səbəbkarı var. Müstəqilliyimiz bərpa edildəndən sonra Nazirlər Kabinetinin xüsusi qərarı ilə Azərbaycanda futbolun inkişafı və cavabdehliyi AFFA-ya həvalə edilib. İllərdi dövlətimiz futbola təmənnasız qayğı göstərir. Hazırda hər il federasiya və klublar qarışıq 50 milyondan çox vəsait ayrılır. Sponsorlar, FİFA, UEFA-dan daxil olan vəsaitlər də əlavə edilsə, ölkə şərtləri üçün çox yaxşı maliyyə edir. Peşəkarlıq, məsuliyyət, milli ruh, inkişafı təmin edəcək, görüntü xarakterli yox, ciddi layihələrin həyata keçirilməsi, müvafiq qurumlarla bölgələrdə infrastrukturun müasir tələblər səviyyəsinə gətirilməsi, akademiyalar, maarifləndirmə, düzgün kadr siyasəti, sağlam mühitin yaradılması, ayrılan vəsaitdən səmərəli istifadə - gələcək inkişafın təməl prinsipləridi. Bu işlərə strateji və faktiki cavabdeh qurum AFFA-dı!

- Əsas milli komandamızın problemi nədi? Bu, Fernando Santuş, yoxsa ayrı-ayrı futbolçularla bağlıdı?

- Millinin problemləri Azərbaycan futbolunun ümumi vəziyyətinin əyani mənzərəsidi. İllərdi təhlil edirik, əsaslandırırıq ki, yığma komandanın faciəvi çıxışı təkcə baş məşqçi seçimi ilə bağlı deyil. Torreslərə, foqtslara, santuşlara ödənilən dövlətin, xalqın vəsaiti ilə, AFFA-nın özəyini təşkil və bütün ölkə ərazisini əhatə edən 8 regionda 8 yox, 18 dünya standartlarına cavab verən, mərkəzləşdirilmiş akademiların yaradılması mümkün idi. Bu illər ərzində 300-dən çox futbolçu “milliləşdirilib”, milyonlar havaya sovrulub. Nə vaxta qədər ki, ancaq dar çərçivədə düşünüləcək, futbolda heç bir irəliləyiş olmayacaq. Azərbaycan futbolunun xilası beyinlərin, düşüncələrin dəyişməsindən, işə yanaşmadan, kompleks problemlərin həllindən keçir.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

17-10-2024, 13:0

Mustedanaqiç: “Əsas problemlərdən biri davamlılıqla bağlıdı” - Vahabzadə haqlıdımı?

Premyer-liqa

29-08-2022, 11:0

"Kəpəz" baş məşqçisiz qaldı

Premyer-liqa / Manşet

30-01-2023, 16:0

Yaşar Vahabzadəyə komitə üzvü olmağı AFFA təklif edib

Ölkə futbolu

4-03-2024, 15:0

Tahir Süleymanov federasiya prezidenti seçildi

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə