Tahir Süleymanov federasiya prezidenti seçildi

4.03.2024 15:35 230
Ölkə futbolu
Bakı Futbol Federasiyası İctimai Birliyinin Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.

"Football-plus.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakim, "Neftçi" klubunun sabiq vitse-prezidenti, "Sabahın ulduzları" uşaq-gənclər layihəsinin ideya müəllifi, tanınmış futbol funksioneri Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilib.

Bu, müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib.

Qeyd edək ki, Tahir Süleymanov 2010-2014-cü illərdə "Neftçi"nin vitse-prezidenti vəzifəsində çalışıb.