Football-plus.az xəbər verir ki, mütəxəssis sonuncu dəfə “Kəpəz”in “sükanı arxasında” olub. Gəncə təmsilçisindən ayrılandan sonra isə bir müddət işsiz qalıb.
Qəzetimizin ötən sayında komitənin sədri Vaqif Sadıqov bildirmişdi ki, iki qrupa bölünərək Antalyaya klublarımızın təlim-məşq toplanışını izləməyə gediblər. Bütün bunları nəzərə alaraq Yaşar Vahabzadə ilə həm təyinatı, həm də Antalya səfəri haqda danışdıq:
“Kəpəz”dən ayrılandan sonra heç bir klubdan təklif yox idi. Məlum olduğu kimi, Şahin müəllim “Səbail”ə baş məşqçi təyin olunandan sonra komitədə onun yeri boş qaldı. Mən də əvvəllər Məşqçilər Komitəsinin üzvü olmuşam. İndi də AFFA tərəfindən təklif gəldi. Antalya səfərimizə gəlincə, komandalarımızın bütün oyunlarını izlədik. Bəzilərinin məşqçiləri ilə söhbətləşdik. Sevindirici haldı ki, bütün komandalarımız təlim-məşq toplanışında iştirak etdi. Oynadıqları rəqiblər də yetərincə güclü idi. Serbiya, Çexiya, Macarıstan kimi ölkələrin təmsilçiləriylə oyunlar maraqlı keçdi, komandalarımız pis təsir bağışlamadı. Artıq çempionat da başlayıb. Təlim-məşq toplanışının təsiri görünür. Toplanışda gənc futbolçulara da şans verirdilər. Bu da çempionatda onların oyun keyfiyyətinə müsbət təsir göstərəcək. “Turan Tovuz”la “Kəpəz”in fasilədən sonrakı ilk oyunda özlərindən səviyyəli komandalara qarşı necə mübarizə apardığını gördük. İrəliləyiş hiss olunur. Qarşıdakı turlarda bunu daha aydın şəkildə görmək mümkün olacaq”.
ŞAİR ABDULLA



