• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mən "Neftçi"ni tanıdığım gündən belə biabırçılıq görməmişdim” - Tuayev Abasovun təyinatı haqda nə dedi?

Aktual / Ölkə futbolu

19-10-2024, 10:0

“Neftçi” sözün əsl mənasında ömrünün payız çağını yaşayır.

Adəti üzrə mövsümün əvvəlində yenə baş məşqçi yola salındı, yenisi gəldi. Roman Qriqorçukun acınacaqlı vəziyyətə saldığı “ağ-qaralar”ı “sükan arxasına” keçən Samir Abasov toparlamalıdı.

Təbii ki, Abasova inanalar da var, onun səhv seçim olduğunu düşünənlər də var. Hər halda, Roman İosifoviçin boşaltdığı posta namizədlər sırasında adı ən çox çəkilənlərdən biri də Samir bəy idi. Təbii, “Neftçi”nin belə durumu vaxtilə onun formasında şöhrət qazanan, milyonların sevimlisinə çevrilən veteranlarını narahat etməyə bilməz. Dünən “ağ-qaralar”ın veteranlarından Kazbek Tuayeblə əlaqə saxlayanda əslində yalnız son təyinata münasibət öyrənmək istəyirdik. Ancaq 83 yaşlı mütəxəssisin ürəyi dolu imiş. Yeri gəlmişkən, Tuayev artıq uzun müddətdi hansısa komandanı çalışdırmasa da, dörd çempionluqla hələ də ölkənin ən titullu çalışdırıcılarından biridi.

- Sevimli “Neftçi”niz indi çətin günlərini yaşayır. İlk dövrənin heç bir matçında qalib gəlməyən sabiq komandanızın durumu haqda nə düşünürsüz?
- Sözsüz, "Neftçi"nin mənim üçün sevimli komanda olması müzakirə mövzusu deyil. Komandanın düşdüyü duruma gəlincə, orda çalışanların hər birinin bunda günahı var. Mən "Neftçi"ni tanıdığım gündən belə biabırçılıq görməmişdim. Çox üzücü vəziyyətdi.

- "Neftçi" üç il əvvəl çempion olandan sonra ciddi tənəzzül yaşadı. Sizcə, əcnəbi mütəxəssislərin yarıtmazlığı, səhv oyunçu seçiminə görə belə oldü, yoxsa başqa bir səbəb var?
- Bəli, “ağ-qaralar” çempionluqdan sonra eniş yaşadı. Bunun əsas səbəblərindən biri daimi məşqçi dəyişikliyi oldu. Bu mövzu, sadəcə, biabırçılıqdı. Məşqçi dəyişiklikləri bitmək bilmir. Özü də kimi gəldi çağırırlar. Şəxsi düşüncəmə görə, xüsusilə bu vəziyyətlərdə komandanı, ab-havanı ordakı insanları yaxşı tanıyan bir mütəxəssis gətirmək lazımdı.

- “Neftçi”yə sonuncu çempionluğu yaşadan Samir Abasov yenidən “sükan arxasına” gətirildi. Bu təyinatı nə dərəcədə düzgün hesab etmək olar?
- Samir Abasovun təyinatına gəlincə, rəhbərlik klubun öz adamını gətirməklə çox düzgün addım atdı. İlk müsbət məqam odu ki, o özü “Neftçi"də oynayıb. İkincisi, Samir yaxşı, düzgün, düşünən məşqçidi. Taktikanı da, strategiyanı da gözəl anlayır. Qısası, Samir Abasov ağıllı və mərifətli məşqçidi. Ona görə də bu təyinatı dəstəkləyirəm.

- Başqa kim ideal namizəd olardı?
- Futbolumuzun yetirməsi olan kifayət qədər məşqçi var. Onlar da hələ özlərini göstərəcəklər. Bunlardan biri yığmadan yaxınlarda kənarlaşdırılan Arif Əsədovdu. O da rahatlıqla "Neftçi"ni çalışdıra bilərdi. Onun millidən kənarlaşdırılmasi haqsızlıq oldu. Şübhə etmirəm ki, Əsədov hələ sözünü deyəcək. Bu siyahıya Tərlan Əhmədovu da aid edə bilərəm. Əhmədov da özünü həmişə yaxşı tərəfdən göstərib. Siyahıya Yunis Hüseynov, Mahmud Qurbanov və başqalarını da salmaq olar.

- Abasovun ayrıldığı “Sumqayıt” avrokuboklarda bu mövsüm zəif çıxış etdi və hazırda turnir cədvəlində 10 komanda arasında 7-ci yeri tutur. Bu nəticələrlə “Neftçi”də nə edə bilər? Ümumiyyətlə, bu təyinatın müsbət və mənfi tərəfləri nədi?
- Mənfi tərəflər haqda düşünməyə dəyməz. Çünki yeni məşqçi özü ilə yeni tələblər gətirir. Onun futbola baxış tərzi də fərqli olur. Bu üzdən komandada mütləq müsbət dəyişikliklər baş verir. "Sumqayıt"ın nəticələrinin pis olmasına gəlincə, belə şeylər futbolda olur. O sona qədər istədiklərini edə bilmədi. Düşünürəm ki, Samir futbola baxış tərzi ilə hələ “Sumqayıt"ı dirçəldəcəkdi. Ötən il olduğu kimi, bu komandada uğur qazana bilərdi.

- Emin Mahmudovun kapitan sarğısından məhrum edilməsinə münasibətiniz necədi?  Komandada söz sahibi olsaydız, Mahmudova kapitan kimi güvənərdiz?
- Bu sualı verdiyinizə görə sizə minnətdaram. Görünür, Emin Mahmudovun kapitanlıqdan məhrum edilməsi sizi də narahat edir. Sizə bir söz deyim ki, 4 il ərzində sarğısını daşıyan futbolçudan, nə olur-olsun, kapitanlığın alınması düzgün deyil. Baş məşqçi ilə münasibətlərinin necə olmasından aslı olmayaraq, Emin kapitanlıqdan məhrum edilməməlidi. Çünki Emin Mahmudov "Neftçi"nin düşünən beyni, ən nüfuzlu simalarından biridi. Həqiqətən də davranışı ilə ən yaxşılardan biri olduğunu göstərirdi. Bundan sonra da göstərəcək. Emin və Ramil Şeydayev kimi futbolçulara mütləq bel bağlamaq, güvənmək lazımdı. Onun başına bütün bunların gəldiyini eşidəndə mən də çox pis oldum.  Çünki Mahmudov, dediyim kimi, komandanı arxasınca daşımağa və "Neftçi"yə nəticə qazandırmağa qadirdi.

- "Qarabağ" öz yerində, avrokuboklara iddialılar sırasında “Zirə”, “Turan Tovuz” və "Sabah" da var. Sizcə, “Neftçi”nin bu yarışda mövqeyi necədi?
- "Zirə"də çox yaxşı insan və bizim yetirməmiz olan Rəşad Sadıqov çalışır. Hər mənada yaxşı insandı. "Sabah" İqor Ponomaryovun əməyinin nəticəsidi. Allah ona cansağlığı versin. "Turan Tovuz", belə demək olarsa, mənim üçün doğma klubdu (tovuzlulara yeganə çempionluğu məhz Tuayev qazandırıb – red.). Ümid edirəm ki, sonda nəticələri yaxşı olar. "Neftçi"yə gəlincə, əcnəbi məşqçini qovub Samir Abbasovu gətirmələri çox düzgün addımdı. Bu addımı dəstəkləyirəm. İnanıram ki, komandamız turnir cədvəlində yüksələcək.  

- “Neftçi”nin ilk 9 turdakı nəticələrinə görə təkcə baş məşqçi yox, futbolçular da tənqid olundu. Hətta bəzilərinin göstərdikləri oyuna görə ağ-qara formanı daşımağa layiq olmadıqlarını düşünənlər də var. Sizcə, kadrların yenilənməsinə ehtiyac var? Yoxsa komanda bu heyətlə də uğur qazana bilər?
-  Dediyim kimi, komandamızın uğur qazanması, turnir cədvəlində irəliləməsi mümkündü. Amma bunun üçün üzümü "Neftçi" rəhbərliyinə tutaraq demək istəyirəm ki, transferlərlə yeni məşqçiyə kömək etmək lazımdı. Komandanı  gücləndirə biləcək 3-4 yeni futbolçu alın. Başa düşürəm ki, asan məsələ deyil. Çünki işin maliyyə tərəfi də var. Amma orda bunu edəcək şəxslər var. Onların Abasova birinci köməyi məhz bu ola bilər. Komandanı arxasınca daşıya biləcək futbolçular alınsa, rəhbərliyin də, Samirin də işi asanlaşacaq.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-10-2024, 16:0

“Neftçi” Samir Abasovla neçə illik müqavilə imzalayıb?

Aktual / Ölkə futbolu

17-10-2024, 22:0

“Neftçi”yə rəhbər, baş məşqçi və futbolçu baxımından töhfə vermişik”

Ölkə futbolu / Premyer-liqa / Manşet

11-05-2024, 12:0

"İmarət" Bojoviçi qıcıqlandırmaq üçün "Samir Abasov" dedi - AÇIQLAMA

Aktual / Ölkə futbolu

9-10-2024, 09:0

Zaur Əzizov Roman Qriqorçuku, Cenk Sümər Fatih Terimi dəstəklədi – ŞOK İDDİA

Ölkə futbolu / Manşet

19-09-2024, 11:0

Qriqorçukla razılıq əldə olundu – “Neftçi”ni azərbaycanlı baş məşqçi çalışdıra bilər!

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
Daha çox
Oxunub: 157
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 89
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə