• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Düzü, “Səbail”dən ayrılanda özümü pis hiss etdim” - Mehremiç Azərbaycana qayıtmaq istəyir

Aktual / Müsahibə

16-10-2024, 12:0

Misli premyer-liqasında birinci dövrənin yekunlarına görə autsayderlər qrupunda “Səbail”, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” qərarlaşıb. “Dənizçilər” cari mövsümdə sabit oyun nümayiş etdirmir. Şahin Diniyev mövsümün əvvəlində “əminliklə deyə bilərəm ki, “Səbail” premyer-liqada qalmaq uğrunda mübarizə aparmayacaq” demişdi.

Onu da nəzərə alaq ki, komanda yayda maliyyə problemi yaşadı, əsas heyət üzvlərindən bir neçəsini itirdi. Onlardan biri də bosniyalı Adi Mehremiç idi. Onunla söhbətləşə bildik.

- Azərbaycandan gedəndən sonra bizim çempionatı izləyirsənmi? Hansı dəyişikliklər var? Kim güclənib, kim zəifləyib?
- Bəli, hələ də Azərbaycan çempionatının bir çox oyunlarına baxıram. Demək olar ki, “Səbail”in və digər komandaların da bütün oyunlarına baxmışam. Premyer-liqa ötən mövsümdən bir qədər fərqlidi. Bu mövsüm daha güclü “Turan Tovuz” və “Araz-Naxçıvan” var. Bir də mənim üçün doğma olan “Səbail”, həmçinin “Sumqayıt” və “Neftçi” zəifləyib.

- Oyunçu yoldaşlarından hansının çıxışı səni heyran edir?
- Rüfət Abdulazadə "Səbail"də yaxşı formadadı, liqanın ən yaxşı oyunçularından biri olmaq üçün böyük potensiala malikdi. İnanıram ki, gələcəyi parlaqdı. Onu belə görmək məni sevindirir.

- “Səbail” hələ ki sabit nəticə göstərə bilmir. Keçmiş kapitan kimi sabiq komandanın durumu haqda nə düşünürsən? İlk dövrənin nəticələrinə görə premyer-liqanı tərk etmək təhlükəsini nə dərəcədə mümkün görürsən?
- Komandamı bu vəziyyətdə görmək asan deyil. Pis düşünmək istəmirəm. Ümid edirəm ki, daha yaxşı formada olacaqlar və liqada qalmaq sualı yaranmayacaq.

- Bu geriləmə maliyyə ilə bağlıdı, yoxsa gedənlərin yerini yeni oyunçuların doldurmaması ilə?
- Bəli, dediyiniz kimi, maliyyə çatışmazlığı klubumuz üçün böyük problem yaratdı. Mən hələ də “bizim klub” deyirəm, çünki özümü hələ də bu klubun bir hissəsi kimi hiss edirəm. Maliyyə problemi olmasaydı, məncə, ötən mövsümdəki komandanın 80 faizi qalardı, indi 100 faiz ilk “3-lük” üçün mübarizə aparardıq. Görürsüz, “Araz-Naxçıvan” heyətin 80 faizini qorudu və daha bir neçə oyunçu gətirdi. Ona görə indi ilk “üçlük” üçün mübarizə aparırlar. Ümid edirəm ki, ASCO klubumuza dəstək verəcək. “Səbail” bu idarə heyəti və təşkilatçılıq ilə çox yaxşı komanda kimi formalaşa bilər.

- “Səbail”dən ayrılmağın karyerana müsbət təsir etdi, yoxsa əksinə? Ümumiyyətlə, burda olmadığın və komandaya kömək edə bilmədiyin üçün nigaransan?
- Düzü, “Səbail”dən ayrılanda özümü pis hiss etdim. Nuno, Ramalinqom, Najah, Ramazanov, Səlahət, Adil kimi ən yaxşı oyunçuların gedişi ilə bu mövsüm çətin olacağını bilirdim. Onlar klubu tərk etdi və beynimdə düşündüm ki, “Səbail”ə kömək etmək üçün qalmalıyam. Buna görə təklifə hazır idim. Lakin klubun İdarə Heyəti məndən onlara maddi yardım, dəstək kimi müqaviləmi ləğv etməkdə kömək etməyimi istədi.

- Keçmiş komanda yoldaşlarından kimlə əlaqə saxlayırsan? Ümumiyyətlə, klubla münasibətlərin necədi?
- Mən hələ də bir çox oyunçu ilə əlaqə saxlayıram. Nuno, Ramalinqom, Nagah, Adil Nağıyev, Səlahət Ağayev, Ramazanov kimi. Bir neçə oyundan sonra Rüfətə, Yusifə, Hüseynəliyə də yazıram. Qomis, Alluş və bəzi başqa oyunçularla da münasibətim yaxşıdı. Özüm vaxtaşırı klub üzvləri ilə danışıram. Ümumiyyətlə, mən hələ də klubu doğma kimi görürəm, İdarə Heyəti də mənə bir insan və oyunçu kimi hörmət edir.

- Azərbaycandan təklif almışdınmı və ya bizim çempionatda yenidən forma geyməyi düşünürsən?
- “Səbail”dən ayrılandan sonra Azərbaycanda iki kluba keçmək şansım var idi. Təkliflərim oldu. Amma o an biz razılaşmadıq. Düzünü desəm, ya qışda, ya da gələn mövsüm qayıtmaq istəyirəm. Oğlum Bakıda doğulub, ona görə də Bakı ilə xüsusi bağlılığımız var. Mən və həyat yoldaşım Azərbaycandakı həyatı çox sevirdik. Nə olur-olsun, bu dəyişməyəcək.

- “Neftçi” və “Kəpəz”də baş məşqçi dəyişikliyi oldu. Səncə, ötən illə müqayisədə bu komandalarda nə baş verir?
- “Neftçi” və “Kəpəz” Azərbaycanın böyük, əzəli komandalarıdı. Amma artıq illərdi ki, klubun strukturunda nəsə düzgün deyil. Mən başa düşmürəm ki, onlar illərdi niyə yaxşı məşqçi ilə yaxşı komanda yarada bilmirlər.

- “Qarabağ” bu mövsüm Avropada uğurlu başlamadı. Komandanın büdrəməsinin səbəbini nədə görürsən?
- “Qarabağ” gücünü Avropa Liqasında mütləq göstərəcək. Mən onlara inanıram. Fikrimcə, ən böyük problem Yankoviçlə Vesoviçi zədə səbəbindən itirmələri, yəni onların köməyindən məhrum olmalarıdı. Çünki onlar komandaya xüsusi şeylər gətirirlər. Veşoviçin sürəti və təcrübəsi var. Yankoviç isə onların ən yaxşı oyunçusudu. Komandaya tarazlıq və yaradıcılıq gətirir. O, “Real”dakı Modriçə bənzəyir, meydanda olmayanda komanda eyni deyil. Bundan sonrakı matçlarda “Qarabağ”a uğurlar arzulayıram.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

19-07-2024, 19:0

2024/25 mövsümü Misli premyer-liqası və Ölkə Kubokunun təqvimi müəyyənləşdi

Ölkə futbolu / Manşet

11-02-2024, 16:0

“Zirə” 257 günlük həsrətə son qoydu – ÖZƏL STATİSTİKA

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Premyer-liqa / Manşet

18-07-2023, 18:0

Premyer-liqanın ilk 5 turunun cütləri bəlli oldu

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Premyer-liqa

4-10-2023, 13:0

“Qarabağ” artıq zirvəyə şərikdi – TURUN ŞƏRHİ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə