Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurdu

13.11.2023 10:52 175
İdman
Cüdoçularımız Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 4 medalla başa vurub.

“Football-plus.az” xəbər verir ki, yığma üzvləri turnirdə 2 gümüş, 2 bürünc medal əldə edib.

Bununla cüdoçularımız ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutub.

Qeyd edək ki, ölkəmiz Avropa Kubokunda 7 çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub. Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) gümüş, Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata yiyələnib.