• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Premyer-liqada "Qarabağ"la rəqabət apara biləcək komandalar var” - Etibar İbrahimov

Aktual / Ölkə futbolu

9-10-2024, 22:0

2024/25 mövsümünün 1-ci dövrəsi başa çatdı.

3-cü turdan təxirə salınan iki oyun qalsa da, dövrənin ümumi mənzərəsini cızmaq olar. İlk 9 turda ölkənin ən titullu klublarından “Neftçi” ilə “Kəpəz”də məşqçi istefası yaşandı, fasiləyə zirvədə yollanan “Qarabağ”ın ən yaxın izləyicilərə “Turan Tovuz”la “Araz-Naxçıvan”dı.
Görəsən, mövsüm ərzində “Qarabağ”a “dişini göstərəcək” komanda olacaqmı? Elita təmsilçilərindən kimin durumu yaxşı deyil? Hansı futbolçular özünü daha yaxşı göstərdi? Bu sualları mütəxəssislərdən Etibar İbrahimova ünvanladıq:

“Bilindiyi kimi, ”“Qarabağ" güclü bənddi. Artıq Azərbaycan çempionatından daha üst səviyyədədi və düşünürəm ki, Avropada da bunu sübut edib. "Turan Tovuz" güclənib deməyək, daha da peşəkarlaşıb deyək. Bu da böyük pulların xərclənməsi ilə bağlıdı. Həm məşq prosesinə, həm də oyuna və Berdıyevin transferlərinə baxanda bunu görmək olur. Təbii, zaman lazımdı ki,  2-3 ilə komandanı gücləndirsin və “avrokubok zonası”na düşə bilsin. Düzdü, bu il də mümkündü.  Çünki Ayxan Abbasov da yaxşı komanda formalaşdırmışdı. "Araz-Naxçıvan"ın da inamlı çıxışını qeyd edə bilərəm. Komanda oyun üslubu ilə başqalarına başağrısı ola bilib, əbəs yerə 3-cü pilləyə yüksəlməyib. "Zirə" isə daim inkişafdadı. Bu da Rəşad Sadıqovun verilən vaxtdan səmərəli istifadə etməsinin nəticəsidi. Azərbaycanda ikinci "Qarabağ"  formalaşdığını deyə bilərəm. "Zirə"nin ümumi daxili struktura baxanda deyə bilərik ki, komanda böyüyüb. "Qarabağ" səviyyəsində olmasa da, artıq ona yaxın klub yaranır. Həm peşəkarlıq, həm də futbol baxımından komanda bu il daha aqressivdi, daha çox qol vəziyyəti yaradır. Təbii ki, bu da baş məşqçinin verilən vaxtı dəyərləndirməsinə görədi. Hər bir məşqçiyə zaman lazımdı. Orda iş varsa, deməli, 3-4 il sonra komanda uğur qazanacaq. “Zirə” bu il də ikincilik uğrunda mübarizə aparacaq.  "Sabah" hələ bağlı boxçadı. Çünki qeyri-sabit oynayır. Məsələn, "Kəpəz"lə oyunda birinci hissədə buraxdığı 2 və ikinci hissədə vurduğu 3 qol bunu göstərdi. Yekunda qalib gəlsələr də, etiraf edək ki, oyunun ən yaxşısı deyildilər. "Sarı-göylər" onlarla heç də pis döyüşmədi. Bu il "Səbail"in oyun fəlsəfəsi diqqətimi çəkir. Ötən il klubun büdcəsi bundan 3-4 dəfə çox idi, lakin indi daha aqressiv, dinamik və rəngarəng futbol oynayırlar. Hücumların bir yox, bir neçə istiqamətdə getdiyini izləyirik. "Səbail" artıq 14 qol vura bilib. Düzdü, çox qol da buraxırlar, yəqin yaxın gələcəkdə aradan qaldırarlar. "Qarabağ"la oyununu izləmişəm. Son vaxtlar “Qarabağ”la açıq futbol oynayan digər komanda tanımırdım. Adətən, digər rəqiblər ehtiyatlı oynayır. Amma "Səbail" açıq futbol oynayaraq "Qarabağ"a “dişini göstərdi”.  Hətta deyim ki, "Səbail"in qalib gəlmək şansı da var idi. "Şamaxı"nı isə bəziləri "sürpriz" adlandırar.  Çünki 8 oyuna 12 xal yığıblar. Ancaq mənim üçün bu nəticə sürpriz deyil. Çünki Ayxan Abbasovu yaxından tanıyıram, minimumdan maksimumu əldə edən məşqçidi. Tez bir zamanda komanda formalaşdıra bilir. Bunu həm “Turan Tovuz”da,  “Zirə”də, həm də “Sumqayıt”da göstərdi. "Qarabağ"la rəqabət apara biləcək komandalar var. Ancaq mən yenə də əminliklə deyə bilərəm ki, ağdamlılar bu il də sona 5-6 tur qalmış çempionluğu elan edəcək. Yaxın gələcəkdə "Zirə" və “Turan Tovuz” “Qarabağ”a “əlcək ata” bilər”.

Etibar bəy durumu yaxşı olmayan komandalardan da danışdı:

“Yaxşı olmayanlara "Sumqayıt"ı aid edə bilərik.  Amma düşünürəm ki, komanda çətin dönəmi arxada qoyub. Samir Abasov düz yoldadı. Sadəcə, avrokubok və çempionat oyunları arasında fasilə az idi. Etiraf edək ki, Samir Abasovun ehtiyat oyunçular skamyası çox zəifdi. "Sumqayıt"a zaman lazımdı ki, futbolçular formasını bərpa etsinlər. Sözün açığı, "Neftçi"də durumun acınacaqlı olduğu görünür. Son oyunu stadiondan izlədim,  həqiqətən "ağ-qaralar" çox aciz görünürdü. Flaqmanı belə vəziyyətdə görmək hər kəsə ağırdı. Düşünürəm ki, "Neftçi"də köklü dəyişikliklər olmalıdı. Düşünürəm ki, Roman Qriqorçuk da "Neftçi"yə və öz imicinə görə komandanı tərk etdi. “Neftçi”yə yerli məşqçinin gəlməsini istərdim. Samir Abasovun "Sumqayıt"da olduğunu nəzərə alsaq, Tərlan Əhmədov komandanı bu durumdan çıxara bilər. Çünki özünü sübut edən məşqçilərdəndi. "Kəpəz"in durumu o qədər də ürəkaçan deyil. Son oyun göstərdi ki, komanda geridönüş edə bilər”.


Bəs ilk 9 turda hansı futbolçular özünü yaxşı tərəfdən göstərə bildi? İbrahimovun bu suala cavabı belə oldu:

“Düşünürəm ki, "Qarabağ"ın futbolçularının bir çoxunu qeyd etmək olar. Onlar həm texnikalıdı, həm də taktiki cəhətdən yaxşıdı. Bu sırada Olavio  Juninyo ilə Elvin Cəfərquliyevi xüsusi qeyd edərdim. Həqiqətən də klub üçün böyük işlər görürlər. Digər komandalardan isə Rüfət Abdullazadə, Xəyal Nəcəfov, Otto Con, Cordan Rezabala və Qismət Alıyevi qeyd etmək olar. Salifi Suma daha atletik, dinamik və aqressiv futboçudu. Müəyyən zaman əsas heyətdə yer tapmaması, təbii ki, Rəşad Sadıqovun onun böyüməsini istəməsi ilə bağlıdı. Yersiz vərəqələr alır, lazımsız hirs nümayiş etdirir. Rəfael Utziq də yaxşı oyun göstərir”.


RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-07-2023, 18:0

Premyer-liqanın ilk 5 turunun cütləri bəlli oldu

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Ölkə futbolu

19-07-2024, 19:0

2024/25 mövsümü Misli premyer-liqası və Ölkə Kubokunun təqvimi müəyyənləşdi

Premyer-liqa / Manşet

14-08-2024, 00:0

“Qarabağ”la “Zirə” zirvəyə şərikdi, “Turan” isə qol buraxmayıb - TURUN ŞƏRHİ

Ölkə futbolu

20-08-2024, 15:0

AFFA-nın liqalarında mövsümün püşkü atıldı

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə