Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Millətlər Liqasının 3-cü turu çərçivəsində keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.
Millimizin də yer aldığı C liqasının 1-ci qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.