"Qarabağ" - "Malmö" qarşılaşması haqda məlumat yayıldı - bu gün...

27.09.2024 10:31 1 729
Avropa Liqası
Avropa Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununun biletləri bu gün saat 12.00-dan etibarən satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20.45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.

Satış məntəqələri: iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;