“Araz-Naxçıvan”ın bir müddət ev oyunlarını “Liv Bona Dea Arena”da keçirə bilməyəcəyini yazmışdıq.
Bəs komanda PFL-ə alternativ meydança təqdim etməyib? Ümumiyyətlə, qurumun duruma müdaxilə etməsi gözlənilirmi?
Bu sualla PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:
“PFL-in premyer-liqa klubları ilə bağlı ehtiyat meydança tələbi yoxdu. Komanda ev oyunlarını qurumun baxışdan keçirdiyi və premyer-liqa şərtlərinə uyğun saydığı istənilən stadionda keçirə bilər. Hələ ki klubdan rəsmi məlumat gözləyirik. “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”dan imtina etməyib. Bu baş versə, vəziyyəti yenidən dəyərləndirə bilər. İndiki halda klub hansısa addım atmalıdı”.
KƏNAN BAHADIR