Amil Albaniyada debüt etdi

23.09.2024 17:33 171
Dünya futbolu
Albaniya çempionatında 6-cı turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Amil Yunanovun yeni klubu "Bylis" də növbəti oyununa çıxıb.

“Vlajniya” ilə səfər matçında Yunanov start heyətində yer alıb. O, 71-ci dəqiqədə əvəzlənib. Amilin debüt matçında komandası 0:2 hesabı ilə uduzub.

Bu nəticədən sonra "Bylis” 5 xalla 9-cu sırada qərarlaşıb.