ÇL: "Birbaşa Bakı"dan qələbə

6.09.2024 15:57 147
Ölkə futbolu
“Birbaşa Bakı” Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında keçirdiyi ikinci oyunda qələbə qazanıb.

“Football-plus.az” xəbər verir ki, təmsilçimiz “Livorno”nu (İtaliya) məğlub edib - 3:1.

"Birbaşa Bakı" ilk görüşdə İspaniyanın "Malaqa" kollektivi ilə heç-heçə edib - 2:2. Komanda növbəti görüşünü bu gün, saat 21.00-da "BKMK Brno"ya (Çexiya) qarşı keçirəcək.