Minifutbol üzrə Azərbaycan çempionatına yekun vurulub.
“Football-plus.az” xəbər verir ki, finalda "Birbaşa Bakı" ilə "Aznur" qarşılaşıb. Bakı Tennis Akademiyasının meydanında keçirilən oyunda "Birbaşa Bakı" 5:2 hesablı qələbə qazanıb. Komanda bununla da, ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirib.