Bəs təmir necə gedir, işlər nə yerdədi?
Son durumla bağlı məlumat almaq üçün klubun mətbuat katibi Asəf Zeynallı ilə əlaqə saxladıq:
"Hazırda işlər nəzərdə tutulduğu kimi, qaydasında gedir. Ot örtüyünün üst qatının yenilənməsi, toxumlama və havalandırma işləri davam edir. Bununla yanaşı, digər işlər də sürətlə görülür. Köhnə oturacaqların sökülməsi prosesi, demək olar ki, yekunlaşmaq üzrədi. Yeni-ağ-qara oturacaqlar quraşdırılacaq. Qarşıdakı ev oyununa kimi işlərin yekunlaşdırılması planlaşdırılır”.
RÖYANƏ OĞUZ


