Bilindiyi kimi, Türkiyə və İsrailin siyasi müstəvidəki münasibətləri qaydasında deyil. Bu üzdən rəqibin matçın İstanbulda yox, başqa ölkədə baş tutması üçün UEFA-ya müraciət etdiyi iddia olunur.
Bu ərəfədə məsələylə bağlı diqqətçəkən təklif ortaya atılıb. Belə ki, Türkiyədə yayınlanan “Bəyaz Futbol” verilişinin eksperti Rasim Ozan Kütahyalı oyunun Bakıda keçirilməsinin daha əlverişli olacağını deyib:
“Hər kəsin xoşuna gələcək təklifim var. Soydaş Azərbaycan İsraillə yaxşı münasibəti olan ölkələrdəndi. Həmçinin, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdi. Oyun Bakıda keçirilsə, həm “Makkabi”, həm də “Beşiktaş” razı olacaq”.
KƏNAN BAHADIR



