Paris-2024: Sabir Zeynalov yarımfinala yüksəldi

29.08.2024 16:29 309
İdman
Parataekvondoçumuz Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn (6:5) Zeynalov yarımfinala yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.