"Gəncə" yeni oyunçuyla anlaşdı

27.08.2024 16:29 306
İdman
"Gəncə" voleybol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qərb təmsilçisi Xanım Cəlilovanı heyətinə qatıb. Voleybolçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Cəlilova ötən mövsümü "Azərreyl"in heyətində keçirib.