• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tyaqo Silva “qartallar”ı əlində daşıdı - REPORTAJ

Reportaj / Konfrans Liqası

18-08-2024, 12:0

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
Zirə - Osiyek (Xorvatiya) 2:2 (0:1, 2:1, 0:0), p. – 2:1

97. Tiaqo Silva
70. İssa Cibrila
(7. Məqsəd İsayev, 106)
4. Ruan Renato
3. Ange Mutsinzi
5. Qismət Alıyev (k)
18. Junior Martins
(29. Ceyhun Nuriyev, 69)
8. İsmayıl İbrahimli
(21. Hacıağa Hacılı, 75)
15. Pyer Zebli
(19. Salifu Suma, 82)
6. Eldar Quliyev
(11. Rüstəm Əhmədzadə, 69)
90. Davit Volkov
23. Rafael Utziq
Ehtiyat oyunçular
13. Aydın Bayramov
41. Anar Nəzirov
99. Səlim Həşimov
5. Stefan Aka
14. Elçin Əlicanov
16. Fuad Bayramov
Baş məşqçi: Rəşad Sadıqov

1. Nikola Çavlina
22. Roko Yurisiç
14. Marko Soldo
(98. Şimun Mikolçiç, 65)
26. Luka Yeleniç
36. Nail Omeroviç
7. Vedran Yuqoviç (k)
(10. Pedro Lima, 74)
6. Darko Neyaşmiç
66. Petar Pusiç
39. Domaqoy Bukviç
(55. İvan Sviyanoviç, 84)
9. Kemal Ademi
34. Anton Matkoviç
Ehtiyat oyunçular
15. Tin Sayqko
31. Marko Malenika
4. Kreşimir Vrbanats
11. Risuenio Keval
18. Niko Farkaş
43. Dominik Babiç
46. İvan Bariç
49. İvano Kolarik
Baş məşqçi: Federiko Koppitelli

Qollar: V.Yuqoviç, 37 (0:1, R.Yurisiç). Q.Alıyev, 54-p. (1:1). A.Matkoviç, 81 (1:2, K.Ademi). D.Volkov, 90 (2:2, C.Nuriyev).
Penalti seriyası: P.Pusiç – 0:0 (qapıçı). Q.Alıyev – 0:0 (qapıçı). D.Neyaşmiç – 0:1. R.Renato – 1:1. K.Ademi – 1:1 (qapıçı). C.Nuriyev – 1:1 (qapıçı). P.Lima – 1:1 (qapıçı). M.İsayev – 1:1 (qapıçı). Ş.Mikulçiç – 1:1 (qapıçı). R.Utziq – 2:1.
Vərəqələr: M.Soldo, 22. J.Martins, 29. V.Yuqoviç, 37. N.Omeroviç, 78. D.Volkov, 80. P.Pusiç, 90. M.Malenika, 90+4. K.Ademi, 109. R.Yurisiç, 111 – sarı.
Hakimlər: YULİAN VAYNBERGER, Maksimilian Kolbitş, Andreas Vitşniqq, Ştefan Ebner (hamısı Avstriya).
VAR hakimi: Uolter Altmann (Avstriya).
VAR hakiminin köməkçisi: Andreas Hays (Avstriya).
Hakim-inspektor: Viktor Şvetsov (Ukrayna).
UEFA nümayəndəsi: Rodney Pizani (Malta).
15 avqust. Bakı. “Liv Bona Dea Arena”. 4000 tamaşaçı.
İkinci hissəyə 5, əlavə vaxtın 2-ci hissəsinə 2 dəqiqə əlavə olunub.
İlk oyun - 1:1.

19 (10) qapıya (“çərçivə”yə) zərbə 9 (4)
7 küncə zərbəsi 4
2 ofsayd 2
18 qayda pozuntusu 21
2 (0) sarı (qırmızı) vərəqə 7 (0)
53 topa sahibolma (faizlə) 47


Hakimin start fitindən sonra oyuna fəal şəkildə başlayan “qartallar” artıq 1-ci dəqiqədə ilk təhlükəli vəziyyəti yaratdılar. İsmayılın qüvvətli zərbəsi öncə Markoya, ardından Martinsə dəyərək “çərçivə”dən yan keçdi. Xorvatiyalılar da müdafiəyə çəkilmiş kimi təsir bağışlasalar da, ani əks-hücumlar zamanı irəli atılırdılar. Yurisiçin 13-cü dəqiqədə yaxın küncə göndərdiyi qüvvətli zərbə toru yandan silkələdi. 27-ci dəqiqədə Volkovun zərbəsini qolkiper dəf etdi. Utziq dönən topa yetişə bilmədi. Cəmi 4 dəqiqə sonra Martins bu dəfə sol cinahdan sağ ayağıyla qüvvətli zərbə endirərək qapını yoxladı. Lakin bu dəfə də Çavlina çıxışda səhvə yol vermədi. 33-cü dəqiqədə Omeroviç Eldarla Martinsin arasından ustalıqla sıyrılaraq önünü açandan sonra topu birbaşa qapıya göndərdi. Fəqət Tyaqo bu qüvvətli zərbənin qarşısında aciz qalmadı.

Bu dəqiqələrdə pressinqi artıran qonaqlar 37-ci dəqiqədə istəyinə çatdı. Yurisiçin sol cinahla irəliləyərək qapı önünə göndərdiyi topu kapitan Yuqoviç yüngül toxunuşla tora qovuşdurdu – 0:1. Xorvatlar “Zirə”nin hesabı bərabərləşdirmək üçün irəli atılmasından maksimum yararlanmağa çalışırdı. 42-ci dəqiqədə Matkoviç təhlükəli əks-hücumların birində qapıya zərbə endirməyə imkan tapsa da, qolkiper çıxışda səhvə yol vermədi. Koppitellinin yetirmələri az qala ikinci yarıya 2 top üstünlüklə yollanacaqdı. Künc zərbəsindən sonra Ademi topu “çərçivə”yə göndərməyi bacardı. Ancaq İsmayıl topu boş qapıdan çıxarmaqla fərqin artmasına mane oldu.

2-ci hissəyə də zirəlilər daha fəal başladı. 47-ci dəqiqədə Cibriladan topu alan Martinsin cərimə meydançasının kənarından “9-luğ”a göndərdiyi qüvvətli zərbəni qolkiper çətinliklə dəf etdi. Epizodun davamında künc zərbəsi qazanan Sadıqovun yetirmələri daha bir qol vəziyyəti yaratdı. Volkovun başla zərbəsini Çavlina zərərsizləşdirdi. 53-cü dəqiqədə Qismətin qapı önünə ötürməsi zamanı topa əllə toxunan Yurisiç penaltiyə səbəbkar oldu. 11 metrlik cərimə zərbəsini düzgün yerinə yetirən Qismət hesabı bərabərləşdirdi – 1:1. 70-ci dəqiqədə künc zərbəsindən sonra qapı önündə yaranan qarışıqlıq zamanı Renatonun dabanla “çərçivə”yə yönəltdiyi topu Mikolçiç qapı xəttinin üzərindən çıxardı. 81-ci dəqiqədə “Zirə”nin qorxduğu başına gəldi. Cərimə zərbəsindən sonra qapı önündəki boşluqdan yararlanan Matkoviç Osiyekdəki matçda olduğu kimi, bu dəfə də “qartallar”ın qapısına yol tapdı – 1:2.

Artıq zaman qonaqların xeyrinə işləyirdi, “qartallar”ın isə irəli atılmaqdan başqa çarəsi yox idi. Stadiondakı sükut 90-cı dəqiqədə pozuldu. Ceyhunun ötürməsindən sonra Volkov baxımlı qola imza atdı – 2:2. Sanki bu qol qonaqları şoka saldı. Sadıqovun yetirmələri daha bir qol vurub matçın əlavə vaxta getməsini istəməsə də, buna nail ola bilmədi. Əlavə vaxt da “Zirə”nin qol epizoduyla başladı. 92-ci dəqiqədə Sumanın qüvvətli zərbəsini dəf edən qolkiper ardından Rüstəmin də dönən topu tora qovuşdurmasına imkan vermədi. Ümumiyyətlə, Çavlina əlavə vaxtda komandasını bir neçə dəfə qoldan xilas etdi. Belədə penalti seriyasına ehtiyac duyuldu.

Burda isə əcnəbilər – Tyaqo, Renato və Utziq qəhrəman oldu, yerli futbolçular zərbəni məsuliyyətsizcəsinə yerinə yetirməklə böyük qınaq hədəfinə çevrildi. Sadıqovun komandası gərgin mübarizədən sonra pley-offa adlayaraq, “Qarabağ”ı Avropada tək qoymadı. Növbəti rəqib Cənubi Kipr təmsilçisi “Omoniya”dı. Bu cütdə ilk oyun avqustun 22-də səfərdə, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Gözdən qaçmadı
* Qazon yaxşı vəziyyətdə deyildi.
* “Qartal” fanklubu komandaya lazımi dəstəyi göstərirdi. Xorvatiyadan gələn 15-ə yaxın azarkeş də fəal idi.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

8-08-2024, 21:0

"Osiyek" - "Zirə": HEYƏTLƏR

Konfrans Liqası

15-08-2024, 19:0

“Zirə” - “Osiyek”: START HEYƏTLƏRİ

Premyer-liqa

11-08-2024, 19:0

“Sabah” - “Zirə”: START HEYƏTLƏRİ

Avropa Liqası

10-07-2024, 01:0

“Zirə” Avropa Liqasında iştirak edəcək heyəti açıqladı

Konfrans Liqası

25-07-2024, 19:0

“Zirə” - “DAK 1904”: START HEYƏTLƏRİ

Avropa Liqası

11-07-2024, 20:0

“Şerif” - “Zirə”: START HEYƏTLƏRİ

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Bu gün, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Bu gün, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Bu gün, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Bu gün, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 207
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə