“Bank Respublika Arena”da dəyişiklik olacaq? - “Sabah” rəsmisi açıqladı

16.08.2024 20:11 487
Premyer-liqa / Manşet
Sabah yeni mövsümdə ilk ev oyununu “Zirə”yə (0:2) qarşı keçirdi.

“Football-plus.az” xəbər verir ki, “bayquşlar” ənənəvi rəngləri ağ-mavidən fərqli bu dəfə qara və çəhrayıdan istifadə etdi. Belə başa düşülür ki, komandanın cari mövsümdə istifadə edəcəyi forma elə qara-çəhrayı rənglərdən ibarət olacaq. Ancaq maraq doğuran məqam tribunadakı oturacaqların hələ də ağ və mavi rənglərdə qalmasıdı. Görəsən, Masazır təmsilçisi ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da yenilənmiş loqosuna, formasına uyğun olaraq, oturacaqların da dəyişdirilməsini nəzərdə tutubmu? Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq:
“Hələ ki belə bir şey nəzərdə tutulmayıb. Amma gələcəkdə stadionda tədricən müəyyən dəyişikliklərin edilməsi ehtimalı var”.


KAMAL SƏFƏR