“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibi “Dinamo” bəxtsizliklə üzləşib.
“Football-plus.az”ın məlumatına görə, Zaqreb təmsilçisinin futbolçusu Mauro Perkoviç zədələnib. Bu barədə klub saytı məlumat yayıb:
“Böyük təəssüf hissiylə bildiririk ki, Mauro Perkoviçin diz və topuq nahiyəsindəki bağlar qopub. “Dinamo” həmişə döyüş ruhu və peşəkarlığıyla nümunə olan oyunçusunun yanındadı və onun tezliklə meydana qayıtması üçün qətiyyətlə çalışacaq. Ciddi zədəsi olan oyunçumuz bir müddət meydandan kənarda qalacaq”.
Xatırladaq ki, “Dinamo” Mauronu ötən ilin əvvəlində “İstra”ya (Xorvatiya) iki milyon avro ödəyərək icarəyə götürüb. Futbolçunun “Qarabağ”la ilk oyunu buraxacağı dəqiqdi.
KƏNAN BAHADIR