Aleksis Sançesin yeni komandası müəyyənləşib.
“Udineze” “İnter”i tərk edən futbolçunu transfer etdiyini rəsmən açıqlayıb. Udine klubunun rəsmi saytının yaydığı xəbərə görə, çilili hücumçu ilə 2 illik müqavilə imzalanıb.
35 yaşlı Aleksis 2006-11-ci illərdə məhz “Udineze”də çıxış edib. O, 5 il ərzində bütün turnirlərdə meydana çıxdığı 112 matçda 21 qol vurub. Sançesin Avropa karyerasında “Barselona”, “Arsenal”, “Mançester Ynayted” və “Marsel”də oynadığını da xatırladaq.