“İnter”i tərk etmək istəmədi

21.07.2022 21:19 346
Dünya futbolu
Aleksis Sançes yeni mövsüm üçün “İnter”in baş məşqçisi Simone İnzaqinin planlarına daxil deyil.

"Football-plus.az" xəbər verir ki, çilili hücumçu klubla müqaviləni pozmaqdan imtina edib. “La Gazzetta dello Sport”un yaydığı xəbərə görə, Sançes 4 milyon avro təzminat əvəzində belə müqaviləni ləğv etmək istəməyib. Qeyd edək ki, o, hələ də özünə yeni komanda tapa bilməyib. Klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdi.

Aleksis “İnter”də 2019-cu ildən çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.