Sançesin yolu Fransayadı

30.07.2022 19:59 408
Dünya futbolu
“İnter”i tərk edəcəyi gözlənilən Aleksis Sançesin aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu karyerasını Fransada davam etdirəcək.

İtaliya mənbələrinin xəbərinə görə, çilili hücumçu “Marsel”lə razılığa gəlib. Bu transferin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir. Qeyd edək ki, “İnter”ə 2019-cu ildə “Mançester Yunayted”dən keçən Sançes bu müddətdə bütün turnirlərdə 108 oyuna 20 qol vurub və 23 məhsuldar ötürmə edib.