Rafiq Hüseynov ilk görüşdə uduzdu

7.08.2024 15:51 351
İdman
Yunan-Roma güləşçimiz, ikiqat dünya (2021, 2023), üçqat Avropa çempionu Rafiq Hüseynov (87 kq) bu gün 33-cü Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

"Football-plus.az" xəbər verir ki,mübarizəyə 1/8 finaldan başlayan 36 yaşlı Hüseynovun ilk rəqibi David Loşontsi (Macarıstan) olub. 24 yaşlı Loşontsi 2023-cü ildə dünya çempionu adını qazanıb.

Hüseynov bu görüşdə uduzub. Loşontsi finala vəsiqə qazanacağı halda R.Hüseynov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaq.