Zirə (Bakı) – Səbail (Bakı) 4:1 (3:0)
13. Aydın Bayramov – 5,0
7. Məqsəd İsayev – 5,0
8. İsmayıl İbrahimli – 5,5
(21. Hacıağa Hacılı, 54) – 4,5
16. Fuad Bayramov – 5,0
11. Rüstəm Əhmədzadə - 5,5
(32. Qismət Alıyev, 68) – 4,5
29. Ceyhun Nuriyev – 5,0
(14. Elçin Əlicanov, 84) – qiymətsiz
5. Stefan Aka – 5,0
4. Ruan Renato (k) – 4,5
(3. Ange Mutsinzi, 68) – 4,5
90. Davit Volkov – 6,0
(70. İssa Cibrila, 68) – 5,5
6. Eldar Quliyev – 4,5
19. Salifu Suma – 5,0
Ehtiyat oyunçular
41. Anar Nəzirov
99. Səlim Həşimov
17. Şahmar Aşurov
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
1. Hüseynəli Quliyev – 4,5
6. Cabir Əmirli (k) – 4,5
(20. Mərt Çəlik, 46) – 5,0
74. Yusif Nəbiyev – 4,5
(15. Vüsal Məsimov, 46) – 5,0
77. Fərid Nəbiyev – 5,0
11. Rüfət Abdullazadə - 4,5
(19. Samir Abdullayev, 78) – qiymətsiz
83. Nihad Quliyev – 4,5
(5. Gitay Sofir, 46) – 5,0
8. Qorka Laruçça – 5,0
44. Amir Bilali – 4,5
3. Dmitri Litvin – 4,5
21. Ayman Bouali – 5,5
14. Suleyman Alluş – 4,5
(7. Madi Queta, 46) – 4,5
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
18. Süleyman Əhmədov
17. Gülağa Əsədov
16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Ayman Bouali
Qollar: D.Volkov, 12 (1:0). D.Volkov, 27 (2:0, İ. İbrahimli). D.Volkov, 45 (3:0, R. Əhmədzadə). A.Bouali, 49 (3:1, F. Nəbiyev). İ.Cibrila, 90+4 (4:1).
Vərəqələr: A.Bouali, 45 (hakimin qərarına etiraz). Q.Laruçça, 58 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
4 avqust. Zirə. İdman Kompleksinin stadionu. 750 tamaşaçı (1200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
“DAK 1904” üzərində səfərdə qələbə qazanan “Zirə”nin düşərgəsində əhval-ruhiyyə yaxşı idi. Düzdü, iki turnirdə mübarizə aparmağın yaratdığı çətinliklər də var və bu əslində “Səbail”in işinə yarayırdı.
Oyuna meydan sahibləri fəal başlasa da, Bayramovun qapıçıya ötürmə zamanı səhvə yol verməsi az qala qolla nəticələnəcəkdi. Lakin Fəridin bu səhvi dəyərləndirməsinə Aka mane oldu. 12-ci dəqiqədə “qartallar” heçabı açdı. Öncə Ceyhunun, ardından Renatonun qüvvətli vuruşundan sonra geri qayıdan topu Volkov başla tora qovuşdurdu – 1:0. 20-ci dəqiqədə Fərid bu dəfə cərimə meydançası yaxınlığından “çərçivə”ni yoxlamaq qərarına gəldi. Amma onun qüvvətli olmayan zərbəsi qolkiper üçün heç bir çətinlik yaratmadı. Bir qədər sonra Dmitrinin kobud səhvə yol verməsindən sonra topu ələ keçirən “qartallar” rəqibi əks-hücumda cəzalandırmağa yaxın oldu. Lakin bu dəfə də Salifu uzaq məsafədən özü fərqlənmək istəsə də, vuruşu qeyri-dəqiq oldu.
27-ci dəqiqədə “Zirə” Volkovun sayəsində yenə “dənziçilər”i meydanın mərkəzinə dəvət etdi. Kornerin ardından Rüstəmin başla zərbəsi qeyri-dəqiq olsa da, gürcü İsmayılın qapı önünə göndərdiyi topu “çərçivə”yə göndərdi – 2:0. Volkov-şou davam edir, “dənizçilər”, sadəcə, qolları izləməklə kifayətlənirdilər. İlk hissənin sonuncu dəqiqəsində Ceyhunun ağıllı ara ötürməsindən sonra Rüstəmin qapı önünə göndərdiyi topu Volkov birbaşa zərbəylə qapıya daxil edərək het-trikini rəsmiləşdirdi – 3:0.
İlk yarıda oyunu heç cür alınmayan “Səbail” 2-ci hissəyə əvəzetmələrlə başladı. Və dərhal da hesab arasındakı fərq azaldı. 49-cü dəqiqədə Ayman Aydının qoruduğu qapıya yol tapdı – 3:1. Hadisələrin belə axarından razı qalmayan meydan sahibləri yenidən oyuna nəzarəti ələ keçirdi. 55-ci dəqiqədə Volkov pokerə imza atmağa yaxın idi. Lakin bu dəfə onun baş zərbəsi dirəyə tuş gəlib meydanı tərk etdi. Artıq oyunun taleyinin bəlli olmasına baxmayaraq, Diniyevin yetirmələri yenə də qol üçün irəli atılmışdı. 90+2-ci dəqiqədə Fəridin iti bucaq altından zərbəsini Aydın ayağıyla dəf etdi. Oyuna sonradan qoşulan və ən yaxşılardan olan Cibrilla 90+4-cü dəqiqədə uzaq məsafədən yaxın “doqquzluğ”a “raket göndərdi” – 4:1.
“Zirə” yeni mövsümə darmadağınla başladı. Özü də bir neçə əsas oyunçunun - Utziq, Tyaqo Silva və Zeblinin zədəsi fonunda.
Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında sonuncu mövsümü “Səbail”də keçirmiş və karyerasını başa vurmuş Ağabala Ramazanov da var idi.
* Het-trik edən Volkov topu özünə götürdü.
KAMAL SƏFƏR