İkinci liqa klubunda yeni sponsor? – “Bu ayın 20-nə qədər...”

5.08.2024 13:30 366
Aktual / Ölkə futbolu
Yeni mövsümdən 2-ci liqada mübarizə aparmalı olan “Araz Saatlı”ya yeni sponsor gələcək. Ötən “futbol ili”də 1-ci liqa sonuncusu olan kluba dəstək olmaq istəyən yerli iş adamları tapılıb.

Bəs yeni sponsor klubda nə dəyişiklik istəyir?

Bu barədə klub prezidenti Ədalət Abdullayevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı belə oldu:

“Bəli, belə məsələ var. Amma hələ anlaşmamışıq. Danışıqlar gedir. Bu ayın 20-nə qədər hər şey məlum olacaq. Ondan sonra hədəflərimizi müəyyənləşdirib, ictimaiyyətə məlumat verəcəyik”.

RÖYANƏ OĞUZ