Türkiyə çempionu ''Qalatasaray''ın Çempionlar Liqasında mümkün rəqibləri bəlli olub.
İstanbul nəhəngi bu mövsüm mübarizəyə təsnifat mərhələsinin pley-offundan başlayacaq. Yəni komanda ötən mövsüm qrup mərhələsinə düşmək üçün 3 rəqibi keçməli olmuşdusa, bu dəfə bir rəqibi keçmək kifayət edəcək. Beləliklə, ''Cim-Bom'' ya Zaqreb ''Dinamo''su, ya ''Yanq Boyz'', ya ''Srvena Zvezda'', ya PAOK - ''Malmö'' cütünün, ya da ''Midtyullann'' - ''Ferenstvaroş'' cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyunlar 20-21 avqustda keçiriləcək. Pley-offun püşkatma mərasimi avqustun 5-də baş tutacaq.
ƏLİ