• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Burdakı bir çox sahibkar rayonun belə komandası olduğundan bəlkə də xəbərsizdi” - “Şimal”ın rəsmisi

Aktual / Ölkə futbolu

23-07-2024, 17:0

Futbolun İnkişaf Fondunun (FİF) rəhbərliyi bir neçə gün əvvəl şimal regionuna etdiyi səfər zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı və oranı təmsil edən “Şimal”ın rəhbərləri ilə bir araya gəlib.

FİF-in rəhbəri Tural Piriyevin iştirakıyla baş tutan görüşdə bölgə futbolundakı çatışmazlıqlar və klubların maliyyə problemləri mövzular müzakirə edilib. İştirakçılar arasında “Şimal”ın idman direktoru Elxan Yusifli də yer alıb. “Football-plus.az” görüşlə bağlı daha ətraflı məlumat almaq və təəssüratını öyrənmək üçün Elxan bəylə danışıb:

“FİF şimal bölgəsinə səfərdən əvvəl bizi dəvət etmişdi. O zaman FİF-in rəhbərliyi ilə görüşdük. Klubun maliyyə qaynaqları, ev oyunlarını keçirdiyi stadion, çətinliklər barədə ətraflı məlumat aldılar. Daha sonra onların şimal bölgəsinə səfəri nəzərdə tutulmuşdu. Bu görüş çərçivəsində də Qubanın icra başçısıyla görüşüblər və “Hypers”in bundan sonra oranı təmsil edəcəyi anlaşılıb. Xaçmazda da bizim işitirakımızla icra başçısıyla görüş keçirildi. Bundan əvvəl “Şimal” çempion olarkən biz icra başçısıyla görüşmüşdük. Bu üzdən də artıq icra başçısı çətinliklərimizlə tanış idi. Bu dəfə bir yerdə müzakirə olundu. Əlbəttə, əsas məsələ stadiondu. Yəni necə etmək lazımdı ki, “Şimal” ev oyunlarını Xaçmazda keçirsin. Bilindiyi kimi, burda yalnız bir stadion var - Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu. Həmin stadionda hər şey qaydasındadı, sadəcə, ot örtüyü bərbad vəziyyətdədi. Orda gündə üç növbə əsasında azyaşlılar məşq etdiyindən toz-torpaqdı. Elə uşaqlarımızın orda məşq etməsi belə acınacaqlıdı. Əsasən bu məsələ ilə bağlı müzakirələr aparıldı. Həmçinin yollar fikirləşildi ki, ən azı ot örtüyü dəyişdirilsin və ya süni örtüklü meydança salınsın. İcra Hakimiyyətinin başçısı da bildirdi ki, artıq bununla bağlı AGİN-ə müraciət olunub. Ancaq hələ ki məsələnin yaxın müddətdə həll olunacağı ilə bağlı konkret cavab yoxdu. FİF-in rəhbəri Tural Piriyev də mövzuyla bağlı bir sıra ideyalar irəli sürdü. Bunlardan biri də investor cəlb etmək idi. Lakin belədə ortada konkret heç nə yoxdu. Bakıya qayıdandan sonra FİF bu məsələylə bağlı araşdırma aparıb, öz variantlarını, layihələrini irəli sürəcək. İkinci məsələ klubun maliyyə qaynaqları idi. Bilindiyi kimi, FİF bir sıra bölgələrdə - Zaqatalada, Tovuzda, Gəncədə layihələr həyata keçirib. Məsələn, Zaqatalada biznes- klub yaradılıb, yerli sahibkarlar cəlb olunub və onlar “Zaqatala”nın ayaqda qalması üçün hər il müəyyən qədər ianə edirlər. Görüş zamanı həmin ideya da ortaya sürüldü. Amma Xaçmazda bu da çətin görünür. Ev oyunlarımızı Xaçmazda keçirmirik və burdakı bir çox sahibkar rayonun belə komandası olduğundan bəlkə də xəbərsizdi. Çünki ev oyunlarımızı Siyəzəndə keçiririk. Yalnız son - final oyunumuz “CBC Sport”da canlı yayınlananda bildilər ki, Xaçmazda belə komanda var. Bu üzdən də FİF-in xəttiylə bizə cəlb edilə biləcək bütün maliyyə dolayısıyla stadionla bağlıdı. Yəni Xaçmazda oynasaq, onların da imkanları çox geniş olar. Önəmlisi odu ki, “Şimal” növbəti mövsümdə 2-ci liqada çıxış edəcək. Klub adından FİF-ə təşəkkür edirik. Görünən odu ki, onlar komandamızın dayanıqlı maliyyə ilə təmin olunması üçün səy göstərirlər. Eyni zamanda Xaçmaz rayon icra hakimiyyətinin başçısı buna çox müsbət yanaşdı. Oyunlarımızı Xaçmazdakı stadionda keçirəcəyiksə, bütün matçlarımızda iştirak edəcəklərini bildirdilər. İstənilən halda 2-ci liqada çıxış edəcəyik. Ötənilki sponsorumuz yenə eyni maliyyəni qarşıdakı mövsüm üçün də ayıracaq. Bir də dövlət proqramı çərçivəsində ayrılan vəsait var. Nəzərdə tutduğumuz xərclərin təxminən 60-70 faizi qarşılanıb. Qalan məbləğ üçün isə daha bir sponsorun cəlb edilməsi yönündə çalışmalar gedir. Qarşıdakı “futbol ili” üçün çempionluğu hədəfləməmişik. Vacib olan 2-ci liqada möhkəmlənməkdi. Yəni ən azı ilk “8-lik”də yer almaq üçün çalışacağıq. Ötən mövsüm Region Liqasında çempion olan heyətimizi, demək olar ki, qorumuşuq”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

5-06-2024, 13:0

İcra başçısı “Şimal”a mükafat verib

Ölkə futbolu / Manşet

23-05-2024, 20:0

“Hədəfimiz premyer-liqada çıxış etmək olacaq” – icra başçısı ilə görüşən klubun idman direktoru

Ölkə futbolu / Manşet

28-06-2024, 22:0

“Şimal” UEFA Regionlar Kubokunda ilk matçını keçirdi

Ölkə futbolu

24-05-2024, 19:0

“Şimal” region-liqasının qalibi oldu

Aktual / Liqalar

12-12-2023, 13:0

Region Liqasında başqa zonalar da başladı

Ölkə futbolu / Manşet

30-06-2024, 16:0

“Çempion heyətdən yalnız üç nəfər meydana çıxmışdı” – “Şimal”ın idman direktoru

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə