“Turan Tovuz”un növbəti trasferi

22.07.2024 20:53 319
Premyer-liqa
"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.

“Football-plus.az” xəbər verir ki, Tovuz təmsilçisi Rüfət Əhmədovun transferini tamamlayıb.

21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. “Qəbələ”nin yetirməsi olan R. Əhmədov son mövsümü icarə əsasında “Kəpəz”də keçirib. Müdafiənin hər iki cinahında oyanayan futbolçu 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində 8 oyunda meydana çıxıb