Paralimpiyada ölkəmizi bu idmançılar təmsil edəcək

19.07.2024 21:51 329
İdman
Paris-2024 Paralimpiya Oyunlarında 3 paracüdoçumuz mübarizə aparacaq.

"Football-plus.az" xəbər verir ki, belə ki, Fransanın paytaxtında qadın paracüdoçularımızdan Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kq) tatamiyə çıxacaq.

Dürsədəf Kərimova və İlham Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Xatirə İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.