Daha bir cüdoçumuz Avropa çempionu oldu

9.08.2023 17:30 212
İdman
Daha üç paracüdoçumuz Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib. Xatirə İsmiyeva (+70 kq) bürünc medalla kifayətlənib.

Xatırladaq ki, ötən gün digər paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb