“Sabah”ın planında dəyişiklik

16.07.2024 18:38 357
Ölkə futbolu
Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.

“Football-plus.az” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Komanda iyulun 18-də Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” (Hayfa, İsrail) ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək. “Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

Xatırladaq ki, "Sabah"la "Makkabi" arasında ilk matç iyulun 25-i Macarıstanda, cavab oyunu avqustun 1-i Bakıda keçiriləcək.