"Tofiq Bəhramov"un "yara"sı bərpa edildi

10.07.2024 18:35
Ölkə futbolu / Manşet
Ötən ilin dekabrında güclü külək səbəbindən Tofiq Bəhramov adına Respublika stadionunun dam örtüyünün uçduğundan xəbərdarsınız.

Hadisədən sonra stadionun cırılmış dam örtüyünün nə vaxt həllini tapacağı barədə dəfələrlə maraqlansaq da problemin aradan qaldırılması üçün lazım olan materialın ölkədə olmaması və xaricdən gətirildiyinə görə uzun müddət zaman alacağı bildirilmişdi. Məlum hadisədən artıq 7 ay vaxt keçir. Bəs, damın təmiri üçün lazım olan material ölkəyə gətirilib, problem həll olundumu? Stadionun direktoru Tələt Məmmədov məsələni “Football-plus.az”a belə açıqladı:
“Dam örtüyünün bərpa edilməsi üçün lazım olan material çoxdan gəlib və artıq stadionun elə bir problemi yoxdu”.


KAMAL SƏFƏR