Diniyev oynadı, komandası qələbə qazandı

17.03.2024 23:15 193
Ölkə futbolu
Türkiyə 1-ci liqasında 27-ci tur davam edir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin şərəfini qoruduğu "Ümraniyəspor" da növbəti matçına çıxıb. Komanda "Adanaspor"u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:0. Qarşılaşmaya start heyətdə başlayan Diniyev sonadək meydanda qalıb.

Qeyd edək ki, "Ümraniyəspor" 33 xalla 11-ci pillədə qərarlaşıb.